Məhkəmə qərarları › İş №3(049)-791/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-791/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-791/2025 04.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolu və TP ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: X2 rayon məhkəməsinə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolu və TP ******* saylı qərarından şikayət verərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. X1 tərəfindən mübahisələndirilən qərarın onun tərəfindən nə vaxt əldə edilməsini təsdiqləyən sübutlar, faktlar şikayət verilmə müddətinin ötürülübötürülmədiyini müəyyən etmək mümkün deyildir. Şikayət verilməsi üçün ötrülmüş müddətin bərpasına dair vəsatət və şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü səbəbləri barədə məlumatlar şikayətə əlavə edilməmişdir. Bundan əlavə, X2 rayon məhkəməsinə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolu və TP ******* saylı qərarından şikayət verilsə də, İnzibati Xətalar Məcəlləsinə görə inzibati xəta haqqında protokoldan yalnız həmin protokolu qəbul etmiş səlahiyyətli orqana, yəni Lənkəran ŞRPŞ-yə şikayət edə bilər. X6 hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edir ki, qərar ona rəsmi qaydada göndərilməyibdir. Müddətin ötürülüb-ötürülməməsi məsələsini müəyyən etmək mümkün olmur. Məhkəmə qərarların rəsmi qaydada verilməsi ilə bağlı şikayətçiyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı normalarını izah etməyi məqsədə müvafiq hesab edir: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 127-6.1. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. 127-6.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 127-6.3. Bu Məcəllənin 127-6.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 127-5. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma 127-5.1. Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir; 127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 -- 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə İXM-in 130.2-ci maddəsində göstərilən normanı nəzərdən keçirərək şikayətçinin ərizəsində qeyd edilən "Müddətin ötürülüb-ötürülməməsi məsələsini müəyyən etmək məhkəmənin üzərinə düşür vətəndaşın deyil" hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, qeyd edilən normadan da göründüyü kimi qəbul edilmiş qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Əgər bu müddət üzrlü səbəbdən buraxılmışdırsa şikayət və ya protest verən şəxsin vəsatəti ilə müddət bərpa edilə bilər. Normanın məzmunundan aydın olduğu kimi göstərilən halda müddətin buraxılıb-buraxılmadığını və ya üzrlü sayılması ilə bağlı şikayətçi tərəfindən vəsatət verilməlidir. Bu halda sübutetmə vəzifəsi də onun üzərinə qoyulmuşdur. Bununla belə X1 tərəfindən mübahisələndirilən qərarın onun tərəfindən nə vaxt əldə edilməsini təsdiqləyən hallar barədə sübut təqdim olunmamış, yaxud da ki, müddətin bərpa olunmasıla bağlı vəsatət, şikayət verilməsi üçün müddətin ötürülməsinin üzrlü səbəbləri göstərilməmişdir. Bundan əlavə də, X1 məhkəməyə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayət verə bilərək onu mübahisələndirə bilər, inzibati xəta haqqında protokoldan yalnız səlahiyyətli orqana yəni Lənkəran ŞRPŞ-yə müraciət edib, onu mübahisələndirə bilər. Göstərilənlərə əsasən şikayət ərizəsi və inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolu və TP ******* saylı qərarından Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər ona qaytarılsın. X4 izah edilsin ki, qərarda göstərilən nöqsanlar aradan qaldırıldıqda yenidən məhkəməyə şikayət verə bilər. Qərardan şikayət verilə bilməz. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar