Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-792/2024 20.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, LƏNKƏRAN ŞƏH. PAŞA TƏHMƏZOV KÜÇ. KÜÇƏSİ EV 19 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi: xxxxxxx Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran –X4 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Həmin qərar üzrə icra sənədi Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə onun barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran –X7 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarına dair icra sənədi üzrə inzibati cərimənin könüllü olaraq ödənilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs bildiriş göndərilmiş, lakin o, icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İcra sənədi üzrə müvafiq orqanlara sorğular göndərilmiş, lakin Şəxs məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə LƏNKƏRAN ŞƏH. PAŞA TƏHMƏZOV KÜÇ. KÜÇƏSİ EV 19 ünvanında yaşayır və işləmir. Onun digər hər hansı gəlir mənbəyi yoxdur. Maddi imkansızlığa görə inzibati cərimə məbləğini indiyədək ödəyə bilməmişdir. Hazıradək həmin cərimədən heç bir vəsait ödəməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə onun barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəzərdə tutulur. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi fiziki şəxsin digər gəlirləri varsa, inzibati cərimə tətbiq etmə haqqında qərar onun həmin gəlirlərinə yönəldilə bilər. İnzibati xəta haqqında işin həll edilməsi üçün sözügedən icra sənədinin icrası ilə əlaqadar Lənkəran rayon İcra cə Probasiya Şöbəsinin icraatında olan 35683/2024-25-22- 001 nömrəli icra işi öyrənilmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, Şəxs barəsində icra sənədi xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqnda” bildiriş tərtib edilərək borclu Şəxs göndərilmişdir. Borclu icra mmurunun çağırışlarından boyun qaçırdığı üçün onun barəsində “borclunun axtarılması barədə” xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək, qərar icra edilməsi üçün Lənkəran ŞRPŞ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən Lənkəran ŞRPŞ-nə məktub ünvanlanaraq zərurət aradan qalxdığından axtarış işinə xitam veriməsi xahiş edilmişdir. Bundan sonra borclu X3 barəsində heç bir inzibati tədbir görülməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs vergi ödəticisidir (VÖEN: **********). Əsas fəaliyyət növü qablaşdırılmış içməli suların pərakəndə satışı ilə əlaqadardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin), yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla, digər inzibati qərarlarının inzibati xəta törədən şəxs tərəfindən icra edilməməsinə görə məsuliyyəti nəzərdə tutsa da, müvafiq icra qurumunun icra məmuru qanunvericilikdə nəzərdə tutulmuş könüllü icra müddətində qərarın könüllü qaydada icra olunmasını inzibati xəta törətmiş şəxsə təklif edir. Könüllü icra müddətində qərar icra olunmadığı, yəni inzibati cərimə ödənilmədiyi təqdirdə, icra məmuru məcburi icra tədbirlərini davam etdirir. Məcburi icra tədbirləri də nəticə vermədikdə, qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra inzibati xəta törətmiş şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilir. İş materiallarından görünür ki, hazırki iş üzrə yuxarıda göstərilən prosessual qaydalara əməl edilməmişdir. Bu hal isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru hazırki işi icraata qəbul etməkdə haqlı olmamışdır. Eyni zamanda, Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tərtib edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-792/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-792/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver