Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-793/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və Probaiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Osakucə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu Osakucə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci və 528.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-55/2020 saylı, xx.xx.2020-ci il tarixli və 3(049)-504/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etmədiyindən borclu Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İlk məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, icra sənədində göstərilən tikilini hissə-hissə söküyünü, lakin maddi imkanı olmadığı üçün tam söküb qurtara bilmədiyini qeyd etdi. Əlavə olaraq məhkəmə qərarı ilə qət edilmiş tikilini öz hesabına sökməsinə etiraz etmədiyini, bunun üçün məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasında o, məhkəmə qərarını tam icra etdiyini, tikilini tamamilə öz hesabına sökdüyünü bildirmiş, məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İlk məhkəmə iclasında tələbkarlar Zərərçəkmiş şəxs2 və X4 ayrı-ayrılıqda məhkəmə qərarının Şəxs tərəfindən icra olunması üçün məhkəmə iclasınbı təxirə salınmasına etiraz etməmişlər. İlk məhkəmə iclasında inzibati protokol tərtib edən icra məmurur Vüsal Qasımov, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin tikilini sökmədiyini, buna görə artıq bir dəfə İXM-nin 528.1-ci madəsi ilə inzibati xətanı tərtməkdə təqsirli bilinərək 500 manat cərimə olunduğunu, lakin bu günə qədər heç bir nəticə çıxartmayaraq icra sənədini icra etməkdən yayınmaqda davam etdiyini bildirdi. Hazırki məhkəmə iclasında Vüsal Qasımov bildirmişdir ki, məhkəmə qərarı Şəxs tərəfindən icra olunaraq mübahisəli tikili sökülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlama haqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(049)- 55/2020 saylı icra sənədinə əsasən Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-480 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5, Zərərçəkmiş şəxs1 və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.00 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-481 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasşn Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X1 mülkiyyətinə verilmiş 0.11 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN- 482 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X2 mülkiyyətinə verilmiş 0.11 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-483 KOD- 80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X6 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə-verilmiş torpaq sahələrinə gedişgəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda borclu Şəxs tərəfindən inşa edilmiş qanunsuz tikili (fərdi yaşayış evi) borclu Şəxs vəsaiti hesabına sökülməsi qət edilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin könülü icra edilməsi borcluya izah edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-504/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokola əsasən Şəxs 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətalarına ayrı-ayrılqda qiymət verilməlidir. Onun barəsində icra məmuru tərəfindən İXM-nin 528.1.1-ci maddəsi ilə inzibati protokol ona görə tərtib olunmuşdur ki, o, məhkəmə qərarını icra etmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilsə də, bir il ərzində məhkəmə qərarını təkrar olaraq icra etməmişdir. İcra məmuru həmin protokolu tərtib etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə gedişatı zamanı Şəxs həmin məhkəmə qərarını icra etmişdir. Buna görə də onun barəsində olan inzibati iş üzrə icraata İXM-nin 528.1.1-ci maddəsi hissəsində xitam verilməlidir. Belə ki, İXM-nin 528.1.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, Şəxs hazırki inzibati iş üzrə qərar qəbul edənədək icra sənədini tam icra etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır. Belə ki, İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-504/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qüvvəyə minmiş və qərar icra edilməsi üçün müvafiq icra vərəqəsi verilmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs qanunla müəyyən edilmiş müddətində Lənkəran Rayon Məhkəməsinin 3(049)-504/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını icra etməli olduğu halda icra etməmiş və nəticədə əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi yaranmışdır. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs əməli işdə toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə inzibati qaydada tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində 160 saat ictimai işlər tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib barəsində gün ərzində dörd saatdan çox olmamaqla 160 (bir yüz altımış) saat ictimai işlər tənbeh tədbiri tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Onun barəsində olan inzibati iş üzrə icraata İXM-nin 528.1.1-ci maddəsi hissəsində xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayəti və ya protesti verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(049)-793/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-793/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver