Məhkəmə qərarları › İş №3(049)-794/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-794/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-794/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə müvəkkili X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Ukrayna Respublikasının Zakarpatsk vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri, P.Təhməzov küçəsində şəxsi istehlak miqdarından az olan miqdarda narkotik vasitə 0.102 qram qurudulmuş marixuana saxladığına görə barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə müvəkkili X3 Barat Adil oğlunun narkotik vasitələrinin aludəçisi olduğunu bildirib onun barəsində inzibati qaydada həbsin seçilməsini xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, özünü təqsirli bilir. Ayın 4-də Tural adlı şəxslə birlikdə olduqları zaman Tural çəkmək məqsədi ilə marixuana gətirmişdi. Həmin vaxt polislərin gəldiyini görən Tural qaçmış, o, isə orada qalmışdır. Bundan sonra onu polis şöbəsinə aparmışlar və orada üstündən marixuana aşkar olunaraq götürülmüşdür. Polislər tərəfindən saxlanılan andan və ondan sonra ona qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. Narkotik vasitələrdən əsəb sistemin pozulduğu üçün 3-4 aydan bir istifadə edir. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin RRX-nin polis nəfəri X6 izahat verərək bildirdi ki, 04 avqust 3 saylı ərazidə iş yoldaşı İlkin ilə (Qala xiyabanında) xidmətdə olublar. 2 şəxsin şahmat məktəbinin qarşısında özlərini şübhəli apardıqlarını görüblər. Onlar da onları görən kimi qaçmağa başlayıblar. Qaçanlardan bir Barat olmuşdur. Onlar Baratı yaxalayaraq polis şöbəsinə gətirmişlər. Barat saxlanılan andan və ondan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin RRX-nin polis nəfəri X5 da eyni məzmunda izahat verərək X4 göstərdiyini təsdiq etmişdir. İş materiallarında olan: Tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, xx.xx.2024cü il tarixdə Şəxs şübhəli şəxs qismində statusuna xitam verilmiş və o, MSY-dən dərhal azad edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmiş, Ramil Əzizovdan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0.102 qram çəkidə narkotik vasitə heroinin maddi sübutların saxlanılma kamerasında saxlanılması üçün Lənkəran ŞRPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2024-cü il tarixli 19/597 №-li rəyindən görünür ki, Şəxs təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 0.102 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli, 638 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoid qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X2 X10 Yoxlamanın 04 avqust 2024-cü il tarixli 724 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. X1 Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ sosial müavinət və əmək pensiyası almır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «heroin» olan maddə narkotik vasitədir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. İXM-nin 206-cı maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması onun özünün etirafı və ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən əməllərin törədilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, inzibati məsuliyyətdən yayınmaqa qaçmaqla cəhd etməsini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Qeyd olunan Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir. İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, Lənkəran ŞRPŞ-də maddi sübutların saxlanılma kamerasında saxlanılan Şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra qalıq qalmış 0.102 qram qurudulmuş marixuana məhv edilməlidir. İXM-nin 55-ci maddəsinə əsasən 55.1 İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. 55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 01(bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 01 gün tutulması nəzərə alınsın. Qərar, Şəxs həbs tənbeh tədbirinin tətbiqi hissəsində dərhal icra olunsun. Həbs etmənin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablansın. Həbsin sonu 06 oktyabr 2024-cü il tarix hesab edilsin. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0.102 qram qurudulmuş marixuana məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunsun. Şəxs barəsində seçilmiş inzibati həbs müddətinin başa çatdığı gün Lənkəran ŞRPŞnin inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasına təhvil verilsin. Qərarın icrası Şəxs həbs tənbeh tədbirinin tətbiqi hissəsində və inzibati həbs müddətinin başa çatdığı gün məcburi müalicənin həyata keçirildiyi Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasına təhvil verilməsi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, ekspertizadan sonra qalıq qalmış 0.102 qram çəkidə qurudulmuş marixuana məhv edilməsi Lənkəran rayon İcra və Probasiya Şöbəsinə, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hissəsində isə Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar