Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-795/2024 08.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X4 sahə rəisi, polis baş leytenantı X8 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X4 sahə rəisi, polis baş leytenantı X10 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 23 iyul 2024-cü il tarixli qərarından görünür ki 16 iyul 2024-cü il tarixdə X3 fərdi yaşadığ evində həyat yoldaşı Şəxs arasında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı Şəxs təpik və yumruqla Fatimə ələskərovanın bədənin müxtəlif yerlərinə vuraraq sağ bazu nahiyəsin qançırıqdan ibarət dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X4 sahə rəisi, polis baş leytenantı X10 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, zərərçəkmiş şəxs X3 onun həyat yoldaşıdır birgə nigah dövründə 1 övladı olmuşdur. Hal-hazırda işləmir. xx.xx.2024-cü il tarixdə fərdi yaşadığı evində həyat yoldaşı Fatimə Ələskərova övladını hamama çimizdirməyə apararkən, övladı hamama getmədiyi üçün, onunla mübahisə edib döyməy istəyən zaman ona irad bildirmiş, bu söhbətlər zəminində aralarında sözlü mübahisə baş vermiş, baş vermiş mübahisədə onun çiyninə vurub övladından uzaqlaşdırmışdır. Həyat yoldaşı Fatimə Ələskərova övladını götürüb bacısının evinə getmiş, ordanda qohumları gəlib onu Bakı şəhərinə atasının evinə aparmışdır. Həyat yoldaşını onu təhqir etdiyi üçün vurmuşdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmaq istəyir. Oan ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirdi ki, 2021-ci il tarixdə Şəxs ilə ailə həyatı qurmuş, birgə nigah dövründə 1 övladı olmuşdur. Heç bir yerdə işləmir. Evləndiyi gündən bəri həyat yoldaşı ilə münasibətləri yaxşı olsada sonradan pisləşmişdir. xx.xx.2024-cü il tarixdə fərdi yaşadığı evində az yaşlı oğlunu hamamda çimizdirb çıxarmış, həyat yoldaşı Şəxs az yaşlı övladı ilə mübahisə etdiyi üçün, ona niyə az yaşlı övladı ilə mübahisə etdyini demiş, bu söhbətlər zəminində aralarında mübahisə baş vermiş, baş vermiş mübahisədə Şəxs təpiy yumruqla onun bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirmişdir. Şəxs aralaşandan sonra, evdən çıxıb qohumun evinə getmiş, qohumuda onu Bakı şəhərinə atasının evinə göndərmiş, atasıda onun əvəzindən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır. Orxan Məmmədzadəyə inzibati həbslə əlaqadar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Şəxs inzibati xətanı törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, xx.xx.2024-cü il tarixli 666 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X1 bədəni üzərində- sağ bozu nahiyyəsində qançırıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, xx.xx.2024cü il tarixdə 18 iyul 2024-cü il tarixində Lənkəran rayonu Şıxakaran kənidində yaşayan X2 DİN-nin 102-xidmətinə zəng edərək, 2 gün əvvəl qızı fatimənin döyülməsi barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-795/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-795/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver