Məhkəmə qərarları › İş №3(049)-797/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-797/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-797/2024 28.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X22 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-X34in nümayəndəsi X15 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-X34in vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X35 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-X34in rəisi X23 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X35 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında inzibati cərimə edilmişdir. X35 həmin qərardan məhkəməyə şikayət verərək inzibati tənbeh vermə haqqında qararın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X35 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolda işəgötürən X22 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozaraq X28, X14, X19 və X4 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən onları işlərin görülməsinə cəlb etdiyi və nəticədə X22 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən MN seriyalı, xx.xx.2024-cü il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar 25 iyul 2024-cü il tarixində X29 təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarında və inzibati xəta haqqında protokolda qeyd edilənlər təmamilə əsassız olaraq həqiqəti əks etdirməmişdir. Belə ki, X2 İlqar Elcan oğlu ilə xx.xx.2024- cü il tarixində müddətli əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsinə təyin edilmiş və X11 əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixinədək olmuşdur. X16 xx.xx.2024-cü il tarixindən sürücü olaraq fəaliyyətə başlamış və əmək haqqısı 350 manat təşkil etmişdir. Lakin tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixində X11 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi xx.xx.2024-ci il tarixində imzalanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokolda X11 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən onun işlərin görülməsində cəlb edilməsi bildirilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini xx.xx.2024-cü il tarixində çap etdikdə xx.xx.2024-cü il tarixinə X11 əmək müqaviləsinin xitam verilməsinin qüvvədə olduğu qeyd edilmişdir. X9 İlqar Elcan oğlu ilə xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsinə təyin edilmiş və X20 əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixinədək olmuşdur. X31 xx.xx.2024-cü il tarixindən sürücü olarq fəaliyyətə başlamış və əmək haqqısı 350 manat təşkil etmişdir. X20 əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-ci il tarixində Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi xx.xx.2024-ci il tarixində imzalanılmışdır. X1 İlqar Elcan oğlu ilə xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsinə təyin edilmiş və onun əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixinədək olmuşdur. X8 xx.xx.2024-cü il tarixindən sürücü olarq fəaliyyətə başlamış və əmək haqqısı 350 manat təşkil etmişdir. X3 əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi xx.xx.2024-ci il tarixində imzalanılmışdır. X13 İlqar Elcan oğlu ilə xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsinə təyin edilmiş və onun əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixinədək olmuşdur. X36 xx.xx.2024-cü il tarixindən sürücü olarq fəaliyyətə başlamış və əmək haqqısı 350 manat təşkil etmişdir. X24 əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi xx.xx.2024-cü il tarixində imzalanılmışdır. Bundan başqa, X35 ilə xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlamış X17 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi xx.xx.2024-cü il tarixində imzalanılmışdır. İşin faktiki hallarından və iş materiallarından göründüyü kimi işəgötürən X35 əmək qanunvericiliyin tələblərinə riayət edərək onunla əmək müqaviləsi bağlamış işçilərinin əmək müqavilələrinin bağlanmasına və xitamına dair bildirişlərini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmiş və əmək müaviləsi xitam olunmuş işçiləri iş görməyə cəlb etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolda X22 İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olunduğu bildirilsə də, İXM-nin 192.1- ci maddəsində əks olunan inzibati xəta tərkibiləri X22 əməlində aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiya hissəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törətmiş olduğu inzibati xətanın subyekti olmalı və onun əməlində inzibati xətanı törətməkdə təqsirli bilindiyi inzibati xətanın əlamətləri olmalıdır. Belə ki, X35 əmək qanunvericiliyin şərtlərinə uyğun olaraq işçilər ilə əmək müqaviləsi bağlayaraq onları işə cəlb etməsi və işçilərinin əmək müqvilələrinə xitam verməsi, onun əməlində İXM-nin 192.1-ci maddəsində əks olunan inzibati xəta tərkilərinin olmamasının və X22 İXM- nin 192.1-ci maddəsində qeyd olunmuş inzibati xətanın subyekti olmadığının sübutudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolda və xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarda qeyd olunan xüsusatlar əsl həqiqəti əks etdinnəməklə, eyni zamanda qanunsuz və əsassız olmaqla X22 hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində deyil. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X35 öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində qalmışdır. Belə olduğu təqdirdə, X35 öz təqsirsizliyini sübuta yetirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İnzibati təhbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X22 nümayəndəsi və vəkili Vəkil hazırki işin məhkəmə baxış iclası zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verməklə, qeyd etdiklərinə əsasən hazırki şikayətinin təmin olunmasını, X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-X34in etibarnamə üzrə nümayəndəsi X25 işin məhkəmə baxış iclası zamanı izahat verərək bildirmişdir ki, X30 Xidmətinin elektron sistemi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin elektron sisteminə inteqrasiya edilyi üçün sistemdə aparılan monitorinq zamanı vergi ödəyicisi olan X36, X16, X31 və X5 portalda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olduğunu müəyyən edilmişdir. Həmin vaxt həmçinin adları qeyd edilən şəxslərin fiziki şəxs X35 ilə aralarında əmək müqaviləsinin olmaması da müəyyən edilmişdir. Qeyd edilən səbəbdən həmin şəxslərin X35 tərəfindən işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb edilməsi faktı aşkarlanmışdır. Bi səbəbdən də X22 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-X34in vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, işəgötürən X35 Azərbaycan Respublikasınını Əmək Məcəlləsinin tələblərini pozaraq X36, X16, X31 və X6 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. Bu hərəkətləri ilə X35 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X36 ilə X35 arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə sürücü vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə X35 arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə sürücü yükdaşıyan vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X31 ilə X35 arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə sürücü yükdaşıyan vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X18 ilə X35 arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə sürücü yükdaşıyan vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X36, X16, X31 və X12 tərəfindən Lənkəran Rayon Məhkəməsinə ünvankanmış eyni məzmunlu teleqramlarda qeyd edilmişdir ki, onlar sahibkar X35 ilə əmək müqaviləsi bağlayaraq sürücü kimi fəaliyyətə başlamış və sonradan öş xahişləri ilə əmək müqavivələlərinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İlqar Abıyevlə işləməmişlər, Qarabağa, Şərqi Zəngəzura getməmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran- X34in rəisi X23 tərəfindən X35 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-Astara regional şöbəsi 19 iyul 2024-cü il tarixdə X22 barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən yalnız protokolda adları qeyd edilən şəxslər – X36, X16, X31 və X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet resursunda olan portalda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olmasına və həmin vaxtda X35 arasında əmək müqaviləsinin olmamasına əsaslanmışdır. İnzibati orqan tərəfindən həmin şəxslərin X35 tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi ilə bağlı hərhansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X22 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da təsdiq olunmamışdır. X27 Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti X10 tərəfindən hazırki inzibati xəta haqqında icraat aparılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə də riayət edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X22 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə və X22 əməlində inzibati xəta tərkibinin olması inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə o, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X35 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X30 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X35 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X22 şikayəti təmin edilsin. X22 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Lənkəran-X34in rəisi X23 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X35 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar