Məhkəmə qərarları › İş №3(049)-798/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-798/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-798/2024 19.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X25 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, inzibati qərardan şikayət vermiş X10 nümayəndəsi, “Qanunçuluyq” Vəkil Bürosunun vəkili Vəkil və qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X19 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsi (bundan sonra ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i) tərəfindən çıxarılmış 25 iyul 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X19 barəsində İXM-nin 192.1-ci maddəsi ilə ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən çıxarılmış 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərar qəbul edilmişdir. X10 nümayəndəsi Vəkil həmin qərardan şikayət verərək onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X19 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında X19 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Onlar tərəfindən tərtib edilmiş protokolda işəgötürən X10 Əmək Məcəlləsinin tələblərini pozaraq X15 və X6 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən onları işlərin və xidmətlərin görülməsinə cəlb etdiyi və nəticədə X10 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən qəbul olunmuş qərar 25 iyul 2024-cü il tarixdə X11 təqdim olunmuşdur. Qeyd olunan qərar və inzibati xəta haqqında protokolda qeyd edilənlər təmamilə əsassız olaraq həqiqəti əks etdirməmişdir. Belə ki, X22, X19 ilə xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsinə təyin edilmiş və X12 əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək olmuşdur. X12 əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə xitam verilmişdir. Bundan başqa, X9, X19 ilə xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsinə təyin edilmiş və X5 əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə xitam edilmişdir. İşin faktiki hallarından və iş materiallarından göründüyü kimi işəgötürən X7 qanunvericiliyin tələblərinə riayət edərək onunla əmək müqaviləsi bağlamış işçilərinin əmək müqavilələrinin bağlanmasına və xitamına dair bildirişlərini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmiş və əmək müaviləsi xitam olunmuş işçiləri iş görməyə cəlb etməmişdir. ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokolda X10 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olunduğu bildirilsə də, İXM-nin 192.1-ci maddəsində əks olunan inzibati xəta tərkibiləri X10 əməlində aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fıziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd etmək zəruridir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiya hissəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törətmiş olduğu inzibati xətanın subyekti olmalı və onun əməlində inzibati xətanı törətməkdə təqsirli bilindiyi inzibati xətanın əlamətləri olmalıdır. Belə ki, X7 qanunvericiliyin şərtlərinə uyğun olaraq işçilər ilə əmək müqaviləsi bağlayaraq onları işə cəlb etməsi və işçilərinin əmək müqvilələrinə xitam verməsi, onun əməlində İXM-nin 192.1-ci maddəsində əks olunan inzibati xəta tərkilərinin olmamasının və X10 İXM-nin 192.1-ci maddəsində qeyd olunmuş inzibati xətanın subyekti olmadığının sübutudur. ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-nin protokol və qərarında qeyd olunan xüsusatlar əsl həqiqəti əks etdirməməklə, eyni zamanda qanunsuz və əsassız olmaqla X10 hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində deyil. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X19 öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində qalmışdır. Belə olduğu təqdirdə, X19 öz təqsirsizliyini sübuta yetirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında X10 nümayəndəsi Vəkil şikayətini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, şikayəti özü tərtib etməmiş, bu səbəbdən də X10 inzibati xətanın sübyekti olmaması barədə şikayətdə göstərilənlərlə razı deyil. X4 inzibati xətanın sübyektidir. Lakin, sonuncu ümumiyyətlə inzibati xəta törətməmişdir. Buna görə də, şikayəti əsaslı sayaraq onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib və qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X8 şikayətlə razılaşmayıb göstərmişdir ki, Azərbaycan Respublikası DİN-dən, işğaldan azad edilmiş ərazilərdə işləməyə gedənlər üçün icazələrin alınmasına dair onlara məlumatlar daxil olmuş, həmin məlumatlardan məlum olmuşdur ki, icazə üçün müraciət edən şəxs X13r. İcazəni sistemə daxil edən DİN-nin məlumatından o da məlum olmuşdur ki, işçilər Etibar Əkbərov və Asim Əhmədova verilmiş icazənin əvvəli xx.xx.2024, icazənin bitmə tarixi isə xx.xx.2024-cü il göstərilmişdir. İşə götürən işçilərlə əmək müqavilələrinə xx.xx.2024-cü il tarixdə xitam versə də, bu barədə DİN-i məlumatlandırmamışdır. Məhz bunu əsas gətirərək onlar, həmin işçilərin əmək müqaviləsi müddəti bitdikdən sonra da işlərə cəlb olunduğunu qənaətinə gələrək Toğrul Qasımovu İXM-nin 192.1-ci maddəsi ilə təqsirli hesab etmişlər. Lakin, həmin işçilərin əmək müqaviləsinin müddəti bitdikdən sonra faktiki olaraq iş yerlərində işləyib-işləmədiklərini görməmişlər. Verilən suala cavab olaraq bildirmişdir ki, işə götürənin, işçiləri ilə əmək müqavilələrinə xitam verdikdən sonra bu barədə DİN-i məlumatlandırmaq vəzifəsini daşıyıb-daşımaması barədə məlumatı yoxdur. Məhkəmə şikayətçinin və inzibati protokolu tərtib etmiş şəxsin nümayəndələrinin izahatlarını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında MN ******* saylı, 25 iyul 2024cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X7 Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərini pozaraq X22 və X6 Əmək Məcəlləsdində nəzərdə tutlmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işğaldan azad edilmiş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, sonuncu İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta törətmiş və buna görə də 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən X1 Etibar Məmmədağa oğlu ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamış, müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən X2 Asim Surxay oğlu ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamış, müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-dən işğaldan azad edilmiş ərazilərdə işləməyə gedənlər üçün icazələrin alınmasına dair məlumatdan görünürki, icazə üçün müraciət edən şəxs X13r. İş materiallarına əlavə edilmiş DİN-nin digər məlumatından görünür ki, işçilər Etibar Əkbərov və Asim Əhmədova verilmiş icazənin əvvəli xx.xx.2024, icazənin bitmə tarixi isə xx.xx.2024-cü il tarixdir. İş materiallarına əlavə edilmiş Etibar Əkbərovla və Asim Əhmədovun məhkəməyə ünvanladıqları teleqramlardan görünür ki, onlar sahibkar X19 ilə müvafiq olaraq 08 may 2024 və 10 may 2024-cü il tarixlərdə əmək müqaviləsi bağlayaraq sürücü kimi fəaliyyətə başlamışlar. Əmək müqavilələrinə öz xahişləri ilə 31 may 2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqavilələrinə xitam veriləndən sonra onlar ümumiyyətlə X23 getməmişlər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i X14 inzibati məsuliyyətə cəlb etdiyi zaman mötəbər sübutlardan istifadə etməmiş, X10, Etibar Əkbərovla və Asim Əhmədovun izahatlarını almamış, bununla da, fərziyələr əsasında qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X10 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X19 İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun nümyəndəsinin şikayəti əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən çıxarılmış 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 nümayəndəsinin şikayəti təmin edilsin. Onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilməsinə dair ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən çıxarılmış 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar