Məhkəmə qərarları › İş №3(049)-8/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-8/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-8/2023 09.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şakir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1951-ci ildə Lənkəran rayonu, Moloja kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Moloja kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx2) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş 18 may 2022-ci il tarixli, ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 04 mart 2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran rayonu, Osaküçə kəndində yerləşən X1 təmir etdiyi bulağı sökərək ona 650 manatdan artıq ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə az miqdarda ziyan vurma inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Lənkəran rayonu, Osaküçə kəndində yerləşən və bələdiyyə mülkiyyətində olan bulağı Samir Fərzullayev təmir etdirmişdir. Suyun itkiyə getməməsi üçün bulağın ətrafında hovuz inşa etmişdir. Bu isə onun narazılığına səbəb olmuşdur. 04 mart 2022-ci il tarixdə saat 16-17 radələrində həmin bulağın yanına getdikdə həmin bulağın suyunun oraya yığılması üçün ətrafının betonlaşdırılması görmüşdür. Samir və atası Mehmanın ondan xəbərsiz iş gördükləri üçün əsəbiləşərək betonun ətrafında olan taxtaları sökmüşdür. Nəticədə yenicə tökülmüş beton ətrafa yayılmışdır. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxs X1 izahatından görünür ki, yaşadığı Lənkəran rayonu Osaküçə kəndində bulaq vardır. 2022-ci ilin yanvar ayında 200 manat xərc çəkərək həmin bulağın ətrafında hovuz inşa etmişdir. 04 mart 2022-ci il tarixdə bir neçə fəhlə ilə həmin bulağın yanına gedərək bulağın ətrafındakı hovuzu bərpa etmişdir. Elə həmin gün saat 17 radələrində bulağın ətrafında inşa etdiyi hovuzun tamamilə dağıdılmasını görmüşdür. Şəxs tərəfindən onun əmlakına ümumilikdə 650 manat maddi ziyan dəymişdir. İşə əlavə olunmuş Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş 18 may 2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 04 mart 2022-ci il tarixdə saat 17 radələrində Lənkəran rayonu, Osaküçə kəndində yerləşən X1 təmir etdiyi bulağı sökərək ona 650 manatdan artıq ziyan vurmuşdur. İşə əlavə olunmuş 15 mart 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəradan görünür ki, iş üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 01 fevral 2023-cü il tarixli, 10/8367 nömrəli ekspert rəyindən görünür ki, sözügedən hovuzun tamamilə dağılmış vəziyyətdə olması, yararsız hala salınmış vəziyyətdə aşkar edilmişdir. Bu səbəbdən də həmin tikilinin inşası üçün sərf olunmuş materialı və ustaya veriləcək əmək haqqı dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunan hovuzun tikintisinə çəkilmiş xərc 428 manat 50 qəpik müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, zərərçəkmiş şəxs X1 izahatı, iş üzrə 18 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 15 mart 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, 01 fevral 2023-cü il tarixli, 10/8367 nömrəli ekspert rəyi habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindəən iki mislinədək məbləğində cərimə edilir. İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan sübutlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğulunun İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetir. Bununla belə iş materiallarından göründüyü kimi Şəxs inzibati xətanı törətməsi 04 mart 2022-ci il tarixdə aşkar olunmuş lakin, inzibati xəta haqqında protokol 18 may 2022-ci ildə tərtib edilmişdir. Belə olan halda inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən inzibati xəta 04 mart 2022-ci il tarixdə törədilmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin törədilmiş inzibati xətanın yol hərəkəti qaydaları əleyhinə olduğunu və həmin növdə inzibati xətaya görə gücəlb etmə müddətin hələ inzibati xəta haqqında protokolun məhkəməyə daxil olanadək həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar