Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-800/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X13, qərardan şikayət vermiş şəxs: X14, qərar qəbul etmiş orqanın nümayəndəsi: Nümayəndə iştirakı ilə, X9 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X5 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X14 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsivə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fiziki şəxs kimi qeydiyyatdan keçərək Lənkəran rayonunun Sütəmurdov kəndində, dəniz, kənarında yerləşən “Beluqa” istirahət mərkəzini işlədir. Həmin mərkəzdə istirahətə gəlmiş qonaqlara müxtəlif növ turizm və iaşə xidmətləri göstərilir. Tanışı Şahid1 ona həmin istirahət mərkəzinin bir hissəsində çimərliyə gəlmiş qonaqlara dönər satması ilə bağlı yer verməyini istəmiş və o, da Orxanın tanışı olduğuna görə dönər satmasına razılıq vermişdir. Aralarında olan şifahi razılğa əsasın Orxan ona hər ay yer pulu verəcəkdi. Beləliklə Orxan xx.xx.2024-cü il tarixdən “Beluqa” istirahət mərkəzində bir köşk qurmuş və orada dönər satmağa başlamışdır. Orxan orada dönərlə bərabər müxtəlif növ qablaşdırılmış sərinləşdirici sular və qablaşdırılmış ayran da satırmış. Həmin sular və ayran müxtəlif firmalardan götürülərək satlır və satıldıqca da həmin firmaların pulları ödənilir. Hansı məhsulun saxlanma müddəti bitirsə firma ilə əlaqə saxlanılır və həmin firmanın əməkdaşları gəlib həmin gün vaxtı bitmiş məhsulları təhvil- təslim aktı ilə geri götürürlər. 30 iyun 2024-cü il axşam saatlarından başlayaraq hava şəraitinin dəyişməsi və havanın yağıntılı keçməsi ilə bağlı olaraq iyul ayının 5-nə kimi "Beluqa" istirahət mərkəzinin çimərlik hissəsi işləməmişdir. Orxan da həmin müddətə işə çıxmamışdır, çünki hava yağıntılı keçdiyi və dənizdə dalğanın hündürlüyü qalxdığına görə təbii ki çimərliyə heç kim gəlmirdi. xx.xx.2024-cü il tarixdə o, işdə olmadığı vaxt X3 X8 əməkdaşları “Beluqa” istirahət mərkəzinə gələrək Köz dönər satılan yerdə firmaya geri qaytarılması üçün qoyulmuş 2 kaset 200 ml “Milk” ayranı aşkar edərək həmin ayranların vaxtının keçməsini əsas gətirərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar 220.1. 444.1 və 447.0.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. Halbu ki, həmin ayranların vaxtı xx.xx.2024-cü il tarixdə bitmişdir, X4 X8 əməkdaşları isə xx.xx.2024-cü il tarixdə gəlib həmin ayranları aşkar etmişlər. Məlum məsələdir ki, həmin müddətə satış olmamışdır. Həmin protokol əsasında da xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 1500 manat məbləğində cərimə etmişlər. O, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla qətiyyən razı deyil və həmin qərarın ləğv olunmasını istəyir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, 30 iyim 2024-cü il axşam saatlarından başlayaraq hava şəraitinin dəyişməsi və havanın yağıntılı keçməsi ilə bağlı olaraq iyııl ayının 5-nə kimi "Beluqa" istirahət mərkəzinin çimərlik hissəsi işləməmişdir. Bunu Milli Hidrometorologiya Mərkəzinin rəsmi internet səhifəsindən hava şəraiti ilə bağlı çıxarmış olduğu sənədlər də sübut edir. Orxan da həmin müddətə işə çıxmamışdır. Belə olan halda 1 gün vaxtı keçmiş ayranlar firmaya qaytarılmamış qalmışdır. Çünki həmin malları firmaya Orxan təhvil verirdi. Orxan da işə çıxmadığına görə həmin ayranlar mətbəxdə qalmışlar. İş materillarına əlavə etdiyi şəkillərdən də aydın görünü ki, 2 kaset 200 ml "Milk” ayranı heç açılmamış və ondan satılmamışdır. Həmin kaseti X3 X8 əməkdaşları açmışlar və həmin tarixinə baxdıqdan sonra protokol tərtib etmişlər. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin tələbinə əsasın barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdən əvvəl onu dəvət etməli və əlində olan müvafiq sübutlarını onlara təqdim etməyinə şərait yaratmalı idilər. Lakin, X3 X8 əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 106 və 61.3-cü maddəsinin tələblərini də pozmuşlar. Belə ki, mənə inzibati xətaya dair işə baxılmasında iştirak etməyi üçün göndərilmiş xx.xx.2024-c il tarixli, M- 3-44-8/2 M-1800/2024 nömrəli bildiriş mənə yanlız xx.xx.2024-cü il tarixə çatdırılmışdır. Halbuki, həmin bildirş qərar qəbul edilməmişdən əvvəl çatdırılmalı idi ki, öz etiraz, sübut və dəlillərini təqdim edə bilsin. Göründüyü kimi X3 X8 rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Ümumiyyətlə barəsində tərtib edilmiş inzibati xəta haqqında porotokolun özü belə əsassızdır. Çünki, qeyd etdiyi ki, vaxtı keçmiş həmin ayranların kiməsə satılmasına dair heç bir sübut yoxdur. Ona görə də bu qərarla razı deyil və hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X14 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, “Beluqa” istirahət mərkəzinin o, işlədir. Şahid1 onun tanışıdır və sonuncu ondan dönər satmaq üçün yer istədikdə, o, da razılaşmışdır. Şahid1la aralarında heç bir yazılı müqavilə olmamışdır. Şifahi olaraq xalis gəlirinin yarısını bölmək barədə razılığa gəlmişlər. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. Şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, şikayət tamamilə əsassızdır. 05 iyul 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə keçirilmiş yoxlama zamanı “Beluqa” istirahət mərkəzində vaxtı keçmiş ayran aşkar edilmiş və bu barədə mərkəzin sahibi Pərvin Manafovun iştirakı protokol tərtib edilmiş, toxunulmazlıq qərarı qəbul edilərək ayranlar müvafiq qərar qəbul edilənədək mərkəzdə saxlanılmışdır. Daha sonra inzibati xətaya dair prosessual hərəkətlər zamanı Pərvin Manafov Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinə daəvət olunmuş, lakin geyimi müvafiq olmadığından bölməyə buraxılmasına icazə verilməmişdir. Barəsində qəbul edilmiş qərar dərhal da Pərvin Manafova təqdim edilmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, fərdi olaraq dönər satmaqla məşğul olur. “Beluqa” istirahət mərkəzini işlədən Pərvin Manafov onun tanışıdır və sonuncudan yay aylarında “Beluqa” istirahət mərkəzində dönər satmaq üçün yer istəmiş və Pərvin Manafov da ona mərkəzdə yer ayırmışdır. Pərvin Manafovla aralarında heç bir yazılı müqavilə olmamışdır, sadəcə şifahi olaraq qazancı bölüşdürməyə razılaşmışdır. O, həmin mərkəzdə 7-8 gün işləmiş və həmin müddətdə Pərvin Manafova 75 manat pul vermişdir. Şikayətdə qeyd olunan ayranlar da onun işlədiyi dönərxanada olmuş, lakin hava pis olduğu üçün və həmin müddətdə işə getməyini üçün ayranları firmaya təhvil verə bilməmişdir. Ayranların istifadə vaxtından bir gün keçmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, “Beluqa” istirahət mərkəzində administrator vəzifəsində işləyir. “Beluqa” istirahət mərkəzini işlədən Pərvin Manafovdan yay aylarında mərkəzdə dönər satmaq üçün Şahid1 yer istəmiş və Pərvin Manafov da Şahid1 mərkəzdə yer ayırmışdır. Onların arasında hər hansı müqavilə olmasından və nə qədər pul veriliməsindən məlumatı olmamışdır. 05 iyul 2024-cü il tarixdə mərkəzdə-Şahid1 işlədiyi dönərxanada vaxtı keçmiş ayranlar aşkar olunmuşdur. Həmin vaxtlar hava pis olduğu üçün mərkəz işləməmiş və Şahid1 da işə gəlməmişdir. Məhkəmə şikayətçinin və orqanın nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndində “Beluqa” istirahət mərkəzinə baxış zamanı 60 ədəd 150 ml istifadə müddəti bitmiş ayran aşkar edilmişdir. Bu barədə protokol Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi X7, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin məsləhətçisi X19, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər müfəttişi X12, və X18 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cu il tarixdə “Beluqa” çimərliyində yararlıq müddəti bitmiş temperatur rejmi pozulmuş məhsulların satışı və texniki normalar tələbi pozulması halları aşakar edilmişdir İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cu il tarixdə “Beluqa” çimərliyində yararlıq müddəti bitmiş temperatur rejmi pozulmuş məhsulların satışı və texniki normalar tələbi pozulması halları aşakar edilmiş və nəticədə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1; 444.1 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İXN-nin 447.0.2-ci maddəsi ilə ona 1500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X14 xx.xx.2024cü il tarixli 169247 saylı inzibati tənbevermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə, saat 16.43-də almışdır. İş materiallarında olan fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, X14 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 220.1-ci maddəsinə əsasən, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 444.1-ci maddəsinə əsasən, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə -altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 447.0.2-ci maddəsinə əsasən saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 2-ci bəndində əsasən Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görülür. Həmin Qanunuun 21-ci maddəsinə əsasən Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarının 2.1.34-cü bəndində əsasən qida məhsullarının yararlılıq müddəti - saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə uyğunluğunun tam saxlanılması müddəti; Həmin Qərarın 4.6-cı bəndində əsasən Saxlanma (qida məhsullarının yararlılıq) müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır. Həmin Qərarın 4.7-ci bəndində əsasən, Malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə və satışı zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməlidir. Həmin Qərarın 4.8-ci bəndində əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. Həmin Qərarın 5.68-ci bəndində əsasən malın yararlılıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlılığını göstərən vaxt dövrü ilə və ya onun yararlılığının bitdiyi tarixlə müəyyənləşdirilir. Həmin Qərarın 6.13.6-cı bəndinə əsasən yararlılıq müddəti ötmüş qida məhsullarının satışı qadağandır. «Qida Təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə obyektiv həqiqət olaraq müəyyən olunmuşdur ki, hadisə törədilən anda X14 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, şikayətdə göstərilən əsasların müəyyən olunması, həqiqiliyinin aşkar edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut qismində araşdırılması üçün heç bir dəlil ( şahid izahatı, hər hansı sənəd və s) irəli sürülməmişdir. İş üzrə dindirilmiş şahid ifadələri ilə də saxlama müddəti keçmiş məhsulların aşkar edilməsinin müəyyən edilməsi öz təsdiqini tapmışdır. Şikayətdə göstərilən və eləcə də şikayətə əlavə edilən sənədlər birbaşa inzibati xəta hadisəsinin törədilməsi faktını təsdiq edən sənədlərdir ki, həmin hallar şikayətin əsası kimi yox, əksinə şikayətin verilən qərarın həqiqiliyini sübuta yetirmiş olur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X9 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-800/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-800/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver