Məhkəmə qərarları › İş №3(049)-801/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-801/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-801/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti nəzərdən keçirib məhkəmə, müəyyən etdi̇ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı, inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı, inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş vəsatətdən görünür ki, X2 ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən şikayət və şikayətə əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı, inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni Fəslin normaları ilə tənzimləmişdir.” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı inzibati tənbeh vermə haqqında qərarında da göstərilmişdir ki, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə verildiyindən şikayət geri qaytarılmalı və X1 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı inzibati tənbeh vermə haqqında qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanları və İXM-nin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 08 yanvar 2024-cü il tarixli, MN1441020 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi üçün müddətin bərpası ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinə müraciət etmək hüquqları izah edilsin. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar