Məhkəmə qərarları › İş №3(049)-801/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-801/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-801/2025 05.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi - X1 və zərərçəkmiş şəxs Aztelekom MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Yuxarı- Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilçiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 23 oktyabr 2025-ci il tarixdə saat 03:52 dəqiqədə Zərərçəkmiş şəxs MMC-nin X3 istismarında olan Lənkəran rayonu Şürük kənd ərazisindən keçən FO-4 tipli yeraltı kabeli talamaq məqsədiləə iki yerdən kəsdiyinə görə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında 05 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi X4 tərtib etdiyi protokola uyğun çıxış edib bildirdi ki, Zərərçəkmiş şəxs MMC-nin X3 istismarında olan kabel xətlərinin kəsilib oğurlanması artıq Lənkəran rayonu üzrə 10-cu haldır. Bununla bağlı Aztelekom MMC-in rəhbərliyi Daxili İşlər Nazirliyi və Lənkəran ŞRPŞnə müraciətlər etmiş, birgə tədbirlər görülməi üçün iclaslar keçirilmişdir. Bu hadisəyə qədər Şəxs başqa şəxsə məxsus velosipedi oğurlamış, lakin barışıq oluğu üçün icraata xitam verilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokol üzrə ona istinad edilən əməllərin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, etdiyi hərəkətindən peşmandır. İnzibati xəta haqqında protokolda yazılanlarla razıdır. Əlilliyi yoxdur. Dəymiş zərəri hazırda ödəyə bilmir. 10 gün ərzində həmin ziyanı tam şəkildə ödəyə bilər. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Aztelekom MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, işlədiyi MMC əsasən dövlətin balansındadır. Qeyd edilən kabellərin talması dövlətə ziyan vurur, əlavə əmək sərf etməklə həmin ziyanın aradan qaldırılması mümkündür. Bu hallar dəfələrlə baş vermiş və əksər hallarda həmin əməli törətmiş şəxslərin aşkar edilməsində çətinliklər yaranır. Barəsində protokol tərtib edilmiş şəxslə barışmamışlar və dəymiş ziyanı tələb edirlər. Şəxs hazırda ziyan ödənəcəyi təqdirdə şikyətdən imtina edə bilərlər. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlakları talamış şəxsin və ya şəxslərin barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarların surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nın məktubundan görünür ki, Şəxs heç bir əlillik statusu yoxdur. İş materiallarına əlavə olunmuş tutma protokolundan görünür ki, Şəxs 04 noyabr 2025-ci il tarixdən saat 20:00-da inzibati qaydada tutulmuşdur. Baxış keçirilməsi haqqında protokldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu Şürük kəndində yerləşir. Kabelin oğurlandığı yer asfalt kənarındadır. Lyuk açıq vəziyyətdədir. Hadisənin baş verdiyi ərazinin yaxınlığında qərbistanlıq yerləşir. Yolun qarşı tərəfində mağaza vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli akt və xx.xx.2025-ci il tarixli smetadan görünür ki, Lənkəran rayonu Şürük kəndində istismarda olan FO-4 tipli kabelin kəsilib talanmasına görə Aztelekom MMC-yə ümumilikdə 156.02 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Rspublikası İXM-in 22-ci maddəsi ilə protokol tərtib edilmiş, zərərçəkmiş şəxslə barışdığı və ziyanı ödədiyi üçün həmin məcəllənin 53.1.10-cu maddəsinə əsasən inzibati icraat işinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 001844 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs sidiyində THC, AMP müsbət aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin izahatını, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmişə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar