Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-804/2022 14.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Əlisöyün oğlunun iştirakı ilə xx xxxxxx 1996-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 avqust 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 186-cı kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs Əlsöyün oğlu idarə etdiyi “VAZ 21011” markal **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs Əlsöyün oğluna maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, İkinci Qarabağ münahribəsi iştirakçısıdır və müxtəlif medallarla tətlif edilmişdir. Vətən müharibəsində iştirak etdiyi üçün mükafat kimi ona üç ədəd iribuynuzlu heyvan (inək) verilmişdir. Həmin heyvanları şəxsi təsərrüfatında saxlamışdır. 16 avqust 2022-ci il tarixdə onun xəbəri olmadan təsərrüfatında olan inəklərdən biri boynundakı xaltanı qıraraq təsərrüfatdan kənara getmişdir. Həmin gün, saat 18.40 radələrində ona məlumat verilmişdir ki, ona məxsus inəyi Ələt-Astara yolunda avtomobil vurmuşdur. O, hadisə yerində getdikdə görmüşdür ki, ona məxsus olan inəyin başı kəsilmiş vəziyyətdədir. İnəyi sonradan ət kimi 70 manata satmışdır. İnəyin asfalt yola çıxmasından xəbəri olmamışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Əlsöyün oğlu izahatında bildirdi ki, 16 avqust 2022-ci il tarixdə, saat 18.30 radələrində özünə məxsus “VAZ 21011” markal **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında hərəkətdə olarkən qəfildən avtomobilin arxa tərəfindən, yolun ehtiyat hissəsindən heyvan çıxmış və avtomobilinin sağ tərəfdən qabaq hissəsinə dəymişdir. Həmin vaxt onun surəti 20-30 km/saat olmuşdur. O, dərhal yerə düşmüş və avtomobildə olan Hacı adlı şəxs inəyin vurulmasını görüb tələf olmasın deyə dərhal inəyin başını kəsmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları və inəyin sahibi gəlmiş və o, həmin inəyi başı kəsilmiş vəziyyətdə sahibinə təhvil vermişdir. Baş vermiş hadisə nəticəsində onun avtomobilinə 670 manatdan çox maddi ziyan dəymiş, lakin həmin məbləğ heyvanın sahibi tərəfindən ödənilməmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran Şəhər Rayon X4 X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 avqust 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol görünür ki Ələt- Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 186-cı kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs Əlsöyün oğlu idarə etdiyi “VAZ 21011” markal **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs Əlsöyün oğluna maddi ziyan vurmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 avqust 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 186-cı kilometrliyində baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Aktdan görünür ki, Zərərçəkmiş şəxs Əlsöyün oğluna məxsus “VAZ 21011” markal **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 678 manat məbləğində təmir işləri görülməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 16 avqust 2022-ci il tarixli, 16578 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs Əlsöyün oğlu hadisə zamanı sərxoş olmamışdır. Məhkəmə təqdim edilmiş İ-12729, İ-7283, İ-21784 nörməli Azərbaycan Respubliaksı Medallarından görünür ki, Səfərli X2, Xocavəndin və Cəbrayıl azad olunmasına görə təltif edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 186-cı kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs Əlsöyün oğlu idarə etdiyi “VAZ 21011” markal **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs Əlsöyün oğluna maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.5.1. və 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət vardır. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən İXM-nin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs İkinci Qarabağ müharibıəsində iştiak etməsi və medallarla təltif ediıməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXm-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-804/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-804/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver