Məhkəmə qərarları › İş №3(049)-805/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-805/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-805/2023 27.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş 18 aprel 2022-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə Lənkəran şəhəri M.Axund küçəsi, ev 21-də yaşayan Zərərçəkmiş şəxs məxsus evinin dəmir setkasını və 04 ədəd şiferini sökmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə 30 manat- az miqdarda ziyan vurma inzibati xəta hərəkətlərini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir. 1992-ci il tarixdə Lənkəran rayonu Türkoba kənd sovxozu tərəfındən ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, 2004-cü il tarixədək həmin həyətyanı torpaq sahəsində onun mərhum atası Həmzə Əbilov bostan kimi istifadə etmişdir. 2007-ci ildə atası vəfat etdikdən sonra əmisi oğlu Rafiq Əliyev 300-400 manat pul verməklə onun xəbəri olmadan atası Həmzə Əbilovdan həmin torpaq sahəsini sənədləri ilə birlikdə almışdır. Həmin vaxt o, Rusiya Federasiyasında yaşadığına görə o, Rusiyada olduğundan atasının bu hərəkətindən məlumatı olmamışdır. Rafıq Əliyev 2019-cu ildə atasından aldığı həmin həyətyanı torpaq sahəsini 5700 manat verməklə almışdır. Torpaq onun adına olduğundan Mehman Rafiqdən aldığı ona məxsus 0.06 ha torpaq sahəsini öz adına sənədləşdirə bilməmişdir. O, Mehmana dəfələrlə həmin torpaq sahəsınin onun ata mülku olduğunu həmin torpaq sahəsindən uzaq durmasını bıldirsə də, Mehman onun sözünə məhəl qoymamışdır. 2019cu il tarixdə Mehman həmin torpaq sahəsinin onun olmağına baxmayaraq torpaq sahəsini çəpərə çəkərək oranı zəbt etmişdir. Mehman torpaq sahəsini çəpərə çəkdikdən sonra mübahisə daha da dərinləşmiş, dəfələrlə aralarında torpaq mübahisəsindən qaynaqlanan münaqişə ilə bağlı onu polisə dəfələrlə şikayət etmişdir. 2019-cu və 2020-ci il tarixlərdə 0.06 ha həyətyanı sahədə kartof və noxud əkməməsi üçün Mehmanı xəbərdar etsə də, o, sözünə məhəl qoymamış, əkin əkməkdə davam etmişdir. 2021-ci ilin mart ayında Mehmanla yaşadıqları kənddə küçədə qarşılaşarkən Mehmana bildirmişdir ki, bu il mübahisə baş verən torpaq sahəsində əkin əkməsin, məhkəmə qərarın gözləsin. Belə dedikdə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Mehman nalayiq ifadə işlədərək ona istədəyi kimi hərəkət edəcəyini demişdir. 2021-cı ilin may ayının əvvəllərində Mehman çayxanada olarkən camaata demişdır ki, o, torpaqdan əl çəkməsə onu polisə şikayət edəcəkdir. O, bundan əsəbləşib 16 may 2021-ci il tarixdə axşam saatlarında Mehmanın mənimsədiyi ona məxsus əkin sahəsinə daxil olmuş, orada əkdiyi noxudları əli ilə çıxarmış, bir az kartof sahəsini çıxardıqdan sonra isə əkin sahəsini tərk etmişdır. Belə hərəkət etməsinə səbəb Mehmanın onun barəsində nalayiq ifadələr işlətməsi və torpaq sahəsini zəbt edərək çəpərə alması olmuşdur. Torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün ilk əvvəl ƏMDK-nın 8 saylı Cəlilabad Regional idarəsinə müraciət etdikdə ona demişlər ki, Mehmanla arasında olan torpaq mübahisəsi mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra torpağının sərhədlərini müəyyən etmək üçün Şirvan inzibati məhkəməsinə şikayət etmişdir. xx.xx.2021-ci il tarixdə məhkəmə iclası keçirilmiş, məhkəmə mövcud sənədlər əsasında torpaqşünaslıq ekspertizası təyin etmişdir. xx.xx.2021-ci il tarixdə ekspert komissiyası Lənkəran rayonu Türkoba kəndinə Mehmanla onun arasında mübahisənin olduğu 0,06 ha torpaq sahəsinə gəlib yer quruluşunu ölçmüşlər, Bu zaman Mehman da ekspertizanın keçirilməsində iştirak etmiş, ekspertin rəyi hələ də açıqlanmamışdır. Torpaq sahəsinin onun mülkiyyətində olmasından əmindir. Mehmanın həmin torpaq sahəsinə mülkiyyətini təsdiq edən heç bir sənədi olmamışdır. Bu səbəbdən Mehmanla arasında mübahisə davam etməkdədir. Orada əkilmiş ağacları kəsməmiş və tor-tor çəpəri oğurlamamışdır, bununla bağlı Mehman izahatında şişirdilmiş ifadələr işlətmiş və ona böhtan atmışdır. Mehman həmin ağacları ona böhtan atmaq üçün özü kəsmiş, orada heç bir çəpər oğurlanmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun baldızıdır. Samirə ondan ərinə məxsus, yəni Samirənin qardaşına məxsus evdən çıxmasını tələb etməsi səbəbindən aralarında narazılıq vardır. Samirə mütəmadi olaraq onlara gələrək həmin evin qardaşına məxsus olduğunu bildirib ondan evi tərk etməsini tələb edir və münaqişələr yaradır. 11 yanvar 2022-ci il tarixdə evdə olarkən Samirə yenidən onlara gələrək evin həyətinin mühafizə setkasını sökmüş və 04 ədəd şiferi sındırmışdır. Samirədən nə üçün bu hərəkətləri etdiyini soruşduqda isə ona əcəb etdiyini bildirmişdir. Ona görə də onun barəsində şikayət etmişdir. Hazırda Şəxs Rəhman qızından şikayətçidir və ona cəza verilməsini və dəymiş ziyanın ödənilməsini tələb edir. İşə əlavə olunmuş Lənkəran ŞRPŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə Lənkəran şəhəri M.Axund küçəsi, ev 21-də yaşayan Zərərçəkmiş şəxs məxsus evinin dəmir setkasını və 04 ədəd şiferini sökmüşdür. İşə əlavə olunmuş 12 fevral 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəradan görünür ki, iş üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran ŞRPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, özünün qismən etirafı, Zərərçəkmiş şəxs vermiş olduğu izahatı, iş üzrə 18 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 12 fevral 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindəən iki mislinədək məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan sübutlara əsasən məhkəmə hesab edir ki, Şəxs 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetir. Bununla belə iş materiallarından göründüyü kimi Şəxs inzibati xətanı törətməsi 11 yanvar 2022-ci il tarixdə aşkar olunmuş lakin, inzibati xəta haqqında protokol 18 aprel 2022-ci ildə tərtib edilmişdir. Belə olan halda inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Şəxs tətbiq olunmalı olan inzibati tənbeh tədbiri üçün 3 ay müddəti keçmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, həmin maddədə göstərilmişdir ki, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 53.0.6-cı maddələrinə əsasən xətanın törədildiyi vaxtdan 3 aydan artıq müddət keçdiyinə görə Şəxs barəsində (MN ******* saylı protokol üzrə) başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavsitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar