Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-810/2025 07.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında TP7587320 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət edərək, Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında TP7587320 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Astara Rayon Məhkəməsinin 3(049)-769/2025 nömrəli, 03 noyabr 2025ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Cavid Mehdiyev Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında TP7587320 nömrəli qərarını yoxsa İXP7521532 nömrəli inzibati xəta haqqında protokolunu mübahisələndirdiyi müəyyən edilmir. Şikayət ərizəsinin yekun xahiş hissəsində “barəsində tərtib olunmuş 100 manat məbləğində cərimənin ləğvini” xahiş etmişdir. Burada konkretləşdirmək lazımdır ki, inzibati xəta haqqında protokol yoxsa inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilir. İnzibati xəta aşkar edildikdə inzibati xəta haqqında protokol qəbul olunur və bundan sonra protokolu qəbul etmiş səlahiyyətli orqan inzibati xəta törədilməsinə görə tənbeh tətbiq edir. Əgər cərimənin ləğvi üçün Baş X7 İdarəsinin inzibati xəta haqqında İXP7521532 nömrəli protokolundan yalnız həmin protokolu tərtib olunmuş orqana müraciət edərək mübahisələndirmək olar. Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında TP7587320 nömrəli qərarının mübahisələndirilməsi əsas götürüldükdə isə Baş X7 İdarəsinin TP7587320 nömrəli qərarının kağız daşıyıcıda hazırki ərizəyə əlavə edilməmişdir. Məhkəmə Baş X7 İdarəsinin TP7587320 nömrəli qərarını mübahisələndirərkən həmin inzibati tənbeh vermə haqqında qərara dair bütün məlumatları aydın şəkildə müəyyən etməlidir. Hazırki şikayət ərizəsinə inzibati xəta haqqında TP7587320 nömrəli qərarı və İXP7521532 nömrəli inzibati xəta haqqında protokola dair “E-Polis” mobil tətbiqi üzərindən görüntülər əks olunsa da, İnzibati Xətalar Məcəlləsində göstərildiyi üzrə inzibati xəta törədən şəxsin FİN məlumatı, xətanın törədilmə yeri, vaxtı və digər zəruri göstərilməli olan məlumatlar görünmədiyindən qanunvericiliyə görə məhkəmədə mübahisələndirilə biləcək Baş X7 İdarəsinin TP7587320 nömrəli qərarının kağız daşıyıcıda formatı əlavə olunmalıdır ki, məhkəmə zəruri məlumatları (inzibati xəta törədən şəxsin FİN məlumatı, xətanın törədilmə yeri, vaxtı və.s) əldə edə bilsin. Məhkəmə qərarların rəsmi qaydada verilməsi ilə bağlı şikayətçiyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı normalarını izah etməyi məqsədə müvafiq hesab edir: İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini yoxlayır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə tərəfindən baxılmalı olan protokollar istisna olmaqla inzibati xəta haqqında protokoldan deyil, yalnız inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən ərizə və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında TP7587320 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər ona qaytarılsın. X3 izah edilsin ki, hazırki geri qaytarılma barədə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqda yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayəti verilə bilməz. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-810/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-810/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver