Məhkəmə qərarları › İş №3(049)-811/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-811/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-811/2024 06.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 22 iyul 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X4 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X4 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X2 tərəfindən MN ******* nömrəli, 23 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 23 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10-11 radələrində Separadi kəndi icra nümayəndəliyində işlkəyən Zərərçəkmiş şəxs otağına gəlib onu təhqir etdikdən sonra həyətdə olan “Santafe” markalı avtomobili öz avtomobili ilə əzərək maddi ziyan vurmuşdur. Vurulmuş ziyanın 1525 manat təşkil edir. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon X4 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək təmin edilməsini, tətbiq ediləcək inzibati tənbeh tədbirinin isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə əminəvəsidir. Zərərçəkmiş şəxs Lənkəran rayon, Separadi kəndi icra nümayəndəsi işləyir və kənddə çox yaxşı hörməti vardır. Onun oğlu DOST iş mərkəzində işləmiş, sonradan isə işdən çıxarılmışdır. Oğlunun işdən çıxarılmasının Zərərçəkmiş şəxs etdiyini güman edib, xx.xx.2024-cü il tarixdə, saat 10-11 radələrində oğlu ilə birlikdə zərərçəkmiş şəxsin xidməti otağında sonuncu söymüşdür. Daha sonra icra nümayəndəliyindən düşərkən idarə etdiyi VAZ 2108 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərərçəkmiş şəxsin “Hundaiy Santafe” markalı **-EZ- *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurmuşdur. Sonradan əməlindən peşman olub dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəmişdir. Zərərçəkmiş şəxs isə oğlunun ondan üzr istəməsini tələb etmişdir. Hazırda da əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə Şəxs bildirdiyi kimi baş vermiş, lakin hadisə nəticəsində ona 1525 manat deyil, daha çox maddi ziyan dəymişdir. “Hundaiy Santafe” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, avtomobilini özü təmir etdirmiş, dəyişməli olan detalları tam orginalı ilə əvəz etmiş və 2800 manat xərc çəkmişdir. Təhqiqatın aparılımasından narazı olmuş, daha sonra onu Lənkəran rayon prokurorluğunda dindirmişlər. Hazırda Şəxs və onun oğlu ondan üzr istəsələr barışa və heç bitr tələbi olmaz, lakin Şəxs oğlu ondan üzr istəməmişdir. Şəxs tətbiq ediləcək inzibati tənbeh tədbirinin isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs məxsus əmlaka maddi ziyan vurması məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X4 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 01 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran Rayon Separadi Kənd İcra Nümayəndəliyinin qarşısında baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış01 iyul 2024-cü il tarixli rəydən görünür ki, “Hundaiy Santafe” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1525 manat maddi ziyan dəymişdir. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 01 iyul 2024-cü il tarixdə, saat 10-11 radələrində Lənkəran Rayon Separadi Kənd İcra Nümayəndəliyinin qarşısında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs idarə etdiyini VAZ 2108 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus “Hundaiy Santafe” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 1525 manat məbləğində zərər vurmuşdur. Məhkəmə, Şəxs əməlindəmn peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, tərəflər arasında qohumluq münasibətinin olmasını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin yaşını, maddi vəziyyətini, təqaüdçü olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın bir mislinədək məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 232- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli – 1525 (bir min beş yez iyirmi beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar