Məhkəmə qərarları › İş №3(049)-812/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-812/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-812/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 2.000 (üç min) manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müdətin bərpasına məhkəməyə vəsatət vermişdir. X3 məhkəmə iclasında vəsatətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 3(040)-677/2024 nömrəli Qərardadına əsasən 1 saylı RETSİ-nə müraciət edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı RETSİ-nin 22 avqust 2024-cü il tarixli № 089 nömrəli Qərardadına əsasən Lənkəran rayonu Nərimanabad bələdiyyəsinin sədri kimi onun barəsində qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarından şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti heç bir səbəb göstərilmədən rədd edilmişdir. 13 dekabr 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ona poçt vasitəsilə 2023-cü ilin dekabr ayının sonunda dəqiq xatırlamadığı tarixdə təqdim edilmişdir. O, həmin qərardan ilkin olaraq şikayətlə 2024-cü ilin iyul ayında Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə şikayət ərizəsi ona geri qaytarılmışdır. Məhkəməyə şikayət ərizəsini vaxtında verməməsinə səbəb qanunları yaxşı bilməməsi olmuşdur. Vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 2.000 (üç min) manat miqdarında cərimə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardad ilə 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X3 tərəfindən sözügedən şikayət ərizəsi Lənkəran Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 089 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə MN seriyalı ******* saylı xx.xx.2023cü il tarixli qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası haqqında X1 vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2 maddəsinə əsasən, Bu Məcəllənin 130.1 -ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.1 maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2 maddəsinə əsasən Bu Məcəllənin 130.1 -ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Vəsatət verən şəxs X3 məhkəmə iclasında verdiyi izahatında mübahisələndərdiyi 13 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın 2023-cü ilin dekabr ayının sonlarında ona təqdim etdiyini bildirmiş və həmin qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarından şikayət vermə müddəti X2 münasibətdə bərpa edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar