Məhkəmə qərarları › İş №3(049)-813/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-813/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-813/2024 28.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayəti və iş materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin icraata qəbul edilməsi və məhkəmə iclasının təyin edilməsi məsələsinə baxılmazdan əvvəl inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəməyə ərizə təqdim edərək şikayət və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərarın (qərardadın) növlərini müəyyən edən 109-cu maddəsində inzibati xəta haqqında işin icraata qəbul edilməsi məsələsinə baxılarkən qəbul edilən qərarlar (qərardadlar) sırasında şikayət ərizəsinin şikayət verən şəxsin xahişi ilə geri qaytarılması bilavasitə nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət ərizəsinin şikayət verən şəxsin xahişi ilə geri qaytarılması nəzərdə tutulmadığından hesab edirəm ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsi bilavasitə həmin şəxsin özünün hüquqlarına və mənafelərinə təsir göstərən bir tədbir olduğundan, hazırda isə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəməyə verdiyi şikayətin öz təşəbbüsü ilə geri qaytarılmasını istədiyindən və bununla bağlı fikrini yazılı şəkildə məhkəməyə təqdim etdiyindən hazırki vəziyyətdə həmin şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasına hər hansı əsas yoxdur. X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayətin hazırda geri qaytarılmasını xahiş etdiyi halda, məhkəmənin qəbul etməli olduğu qərarın (qərardadın) məzmunu inzibati xətalar haqqında qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, qanunun analogiyası qaydasına istinad edilərək oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi məqsədəmüvafiq hesab edilir. X2 hazırki ərizəsi nəzərə alınaraq onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin geri qaytarılması haqda qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar