Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-816/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Lənkəran rayonu Kərgəlan kəndində aralarında yaranmış münaqişə zamanı anası Zərərçəkmiş şəxs vurmaqla dərəcəsi təyin olunmayan qançırdan ibarət xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, ailəlidir və yaşa görə əmək pensiyası alır. Hazırda Lənkəran rayonu Kərgəlan kəndində anası ilə bir həyətdə yaşayır və aralarında çəpər var. Özünü təqsirli bilmir, çünki anasını döyməmişdir. Ümumiyyətlə anası avqust ayından etibarən evdən getmiş və bu günə qədər bacısı Naibəgildə olmuşdur. 15 sentyabrda anası evə gəlməmiş və o, anası ilə rastlaşmamışdır. Əslində anasının onunla işi yoxdur, lakin bacısı və qardaşı anasını ona qarşı yönəldib münaqişə yaratmağa çalışırlar. Evdə kamera olmadığı üçün dediklərini sübut edə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, oğlu Fəxrəddinlə bir həyətdə yaşayır və aralarında mübahisələri torpaq üstündə yaranmışdır. 15 sentyabrda o, həyətdə su dolduran zaman Fəxrəddin onun həyətinə keçib onu öldürməyə gəldiyini demişdir. O, evə qaçdığdan sonra Fəxrəddin onu evdə tutub taxta üstə yıxmış və təpiklə vurmağa başlamışdır. Bu hal daha əvvəllər də təkrarlandığı üçün onun qollarında və bədənində xəsarət izləri var. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs qərarı qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, X1 HK-1-2721 saylı material üzrə qəbul etdiyi 29 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Vüsal Bəhmənzadə tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs polis şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində açılmış icraat dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs polis şöbəsinə gəldiyi üçün onun barəsində açılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 15 sentyabr 2025-ci il tarixli, 719 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində -sağ said, sol kürək, sol buh nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcə təyin edilmir. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs DİN X4 sistemində hazırki günə kimi əlilliyinin olub-olmaması barədə məlumat yoxdur. Mərkəzləşmiş Elektron məlumat Sistemində olan məlumatadan görünür ki, Şəxs yaşa görə əmək pensiyası alır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-2721 nomrəli material üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, özünün və zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, 1955-ci il təvəllüdlü Şəxs 70 yaşı vardır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini, həmçinin müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov.
Məhkəmə qərarları › İş №3(049)-816/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-816/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver