Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-818/2024 31.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1976-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 30 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 30 avqust 2024-cü il tarixdə saat 20:00-da Şəxs Lənkəran rayonu, Şilavar kəndi istiqamətində **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən YPX əməkdaşları tərəfindən saxlanılaraq polisin ünvanına nalayiq ifadələr işlədərək “siz banditsiniz və oğrusunuz” dey\r\k onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilən hərəkətləri ilə Şəxs inizbati xəta törətmişdir və bununla əlaqədar onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 oğlu izahatında bildirdi ki, hazırki inzabi xəta haqqında icraat Yol Patrul Xidmətinin əməkdaşı Anar Əliyevin raportu əsasında başlanmışdır. Belə ki, X5 avtomaşın idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən onların qanuni tələbinə əməl etməmiş və onların ünvanına söyüş söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. X15 Xidmətinin xidməti avtomaşınında olan video qeydiyyatçı vasitəsilə qeydə alınmışdır və sübut kimi məhkəməyə təqdim edilmişdir. İnzabati xəta haqqında icraat çərçivəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı alınmışdır. Qeyd edilənlərə əsasən. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 510 və 535.1-ci madəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxşında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 30 avqust 2024-cü il tarixdə saat təxminən 20 radələrində Lənkəran rayonu, Şilavar kəndi istiqamətində **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən arxadan gələn YPX avtomobilinin faralarının yanıbsöndüyünü gördükdə ona işarə verdiyini zənn edib idarə avtomaşını saxlamışdır. Polis əməkdaşı səsucaldıcı ilə ona “saxla” işarəsi verməmişdir. Həmin vaxt YPX xidməti avtomaşını da ondan təxminən 2 metr arxada saxlamış və həmin avtomaşının sərnişin bölməsində oturan polis əməkdaşı ona yaxınlaşıb, özünü təqdim etmədən olduqca kobud formada sənədlərini və avtomaşından düşməsini ondan tələb etmişdir. O, idarə etdiyi avtomaşının etibarnməsini polis əməkdaşına təqdim edərək, avtomaşından düşmüşdür. Pois əməkdaşı sonradan onunla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. O, polis əməkdaşından bunun səbəbini soruşduqda həmin əməkdaş daha da sərt, kobud formada ondan tələblərini davam etdirmişdir. Bundan sonra polisin belə kobud tərzdə hərəkətlərinə etiraz edərək ona bildirmişdir ki, niyə qanuna uyğun xidmət aparmır ?, özünü təqdim etmir və qayda pozuntusu barədə ona məlumat vermir? Polisin bu hərəkətlərindən əsəbləşərək ona sual formasında bildirmişdir ki, “məgər o, bandit və oğrudur ki, ondan bu formada qanunazidd formada tələblər edir, onu bu formada aparır?”. Bundan sonra öz avtomaşınına əyləşərək polis əməkdaşlarının müşayiəti ilə X14 getmişdir. X14 daxil olduqdan sonra inzibati iş otağında sonradan adını Şahin Qocayev kimi bildiyi polis əməkdaşı ona yaxınlaşaraq ona qarşı nalayiq (var, yox) söyüşləri söyərək, boynuna dörd dəfə yumruq zərbəsi, üzünə bir dəfə şillə zərbəsi vurmuşdur. Həmin vaxt otaqda o, Şahin Qocayev, yolda onu saxlayan polis əməkdaşları Seymur və Anar adlı polis əməkdaşları və bir nəfər də adını bilmədiyi polis əməkdaşı olmuşdur. Yolda hərəkətdə olarkən polis onu saxlayarkən **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşında yanında Bakıdan ona qonaq gəlmiş dostu X7 da olmuşdur. Yolda YPX əməkdaşlarının ona qarşı etdiyi bütün hərəkətlərin o, özü də şahidi olmuşdur. YPB-nə daxil olarkən isə onu ora buraxmamışlar. Belə ki, o, heç vaxt polis əməkdaşlarının ünvanına söyüş söyməmişdir və polisin bütün qanuni tələblərinə riayət etmişdir. Əgər məhkəmə tərəfindən polisin onunla ünsiyyəti zamanı yazılan video və səs yazılarına baxış keçirilərsə onların bütün bu qanuna zidd hərəkətləri öz təsdiqini tapacaqdır. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində ifadə verən Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X8 ifadəsində bildirdi ki, YPX-nin inspektoru, polis baş serjantı X6 oğlu ilə birlikdə Lənkəran rayon Şilavar kənd yolunda xidmətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən Toyota markalı ** LZ *** d.q.n avtomaşına saxla işarəsi verilmişdir, sürücü maşını bir qədər sürdükdən sonra saxlamışdır. O, həmin avtomaşına yaxınlaşan zaman sürücü maşından düşərək uca səslə qışqıraraq siz bizə imkan vermirsiz maşın idarə edək, sız hamınız bandıt və oğrusuz deyib onların və polisin ünvanına nalayıq sözlər işlətdiyi üçün PPX-ni köməyə çağıraraq avtomaşını duracağa sürücünü isə polis şöbəsinə gətirmişlər. O, ilkin olaraq sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. İşin məhkəmə baxışında şahid qismində ifadə verən Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X6 oğlu ifadəsində polis inspektoru X4 məhkəmədə bildirdiyi xüsusatları təsdiqlədi. İşin məhkəmə baxışında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, onun Şəxsla dostluq əlaqələri vardır. Bakı şəhərində yaşayır və Lənkəran şəhərinə Sarvana qonaq gəlmişdir. 30 avqust 2024-cü il tarixdə saat 20 radələrində Sarvana məxsus olan Toyota markalı avtomaşınla onlar hərəkətdə olarkən arxadan gələn YPX avtomaşını faralarını yandırıb, söndürüb, onlara saxla işarəsi verdi. Səsucaldıcı ilə saxla işarəsi vermədi. Sarvan avtomaşını saxladı. YPX əməkdaşı Sarvana yaxınlaşaraq, özünü təqdim etmədən kobud formada ondan sənədlərini və avtomobildən düşməsini tələb etdi. Sarvan avtomobildən düşərək, sənədini təqdim etdi. Sarvana hansı qanun pozuntusu etdiyini soruşduqda polis əməkdaşları ona bu barədə bildirmədən şöbəyə aparılacağını bildirdilər. Sarvan da bunlardan əsəbləşərək sual olaraq soruşdu ki, siz məgər bandit, oğrusunuz ki, məni bu formada, heç bir səbəb bildirmədən şöbəyə aparırsınız?. O, polis əməkdaşlarının ünvanına təhqir formalı bu ifadəni işlətməmişdir. Sonradan polis əməkdaşının müşayiəti ilə Sarvan öz avtomaşını ilə YPB-nə getdi. YPB-nə daxil olarkən onu şöbəyə buraxmadılar. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən məhkəməyə təqdim edilən YPX-nin xidməti avtomaşınında quraşdırılmış videoqeydiyyatçı tərəfindən qeydə alınmış videoyazıya məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyən edildi ki, həmin videoyazıda YPX-nin xidməti avtomaşının qarşısında hərəkətdə olan “Toyota” markalı **- LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın avtomaşın dayanır, YPX əməkdaşı ona yaxınlaşır, bundan sonra sürücü hansısa sənədi polis əməkdaşına təqdim edir və avtomobildən düşür, sonradan sürücü yenidən avtomaşınına oturur və polis əməkdaşı onun avtomaşınının sərnişin oturacağına əyləşərək, YPX-nin xidməti avtomaşının qarşısında onun müşayiəti ilə hərəkət edir. Təqdim edilmiş videoyazıda heç bir səs effekti yoxdur. Belə ki, videoyazıdan polis əməkdaşı ilə sürücünün arasındakı dialoq, ümumiyyətlə polis əməkdaşının özünü təqdim edib-etməməsi müəyyən edilmir. Videoyazıda səs yazısı mövcud deyil. Hadisə yerinə digər PPX əməkdaşlarının gəlməsi müşahisə edilmir. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən məhkəməyə təqdim edilən mobil telefon vasitəsilə qeydə alınmış videoyazıya məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyən edildi ki, həmin videoyazıda Şəxs sual formasında belə bir ifadə işlədir: “bandit, oğrusunuz ki, məni belə aparırsınız?”. Həmin ifadədən belə müəyyən edilir ki, qeyd edilən sözlər birbaşa kiməsə yönəlmiş formada təhqir kimi deyil, sual kimi ünvanlanır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib edən şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Protokolda, ona əlavə edilmiş sənədlərdə və şahid ifadələrində qeyd edilir ki, Şəxs 30 avqust 2024-cü il tarixdə saat 20:00-də Lənkəran rayonu Şilavar kəndi istiqamətində avtomobil ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ilə bağlı Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq ŞRPŞ-nə dəvət edilən zaman o, polis əməkdaşlarına tabe olmayıb, onları söyüb təhqir etmişdir. Lakin məhkəmə iş üzrə sübutları araşdırdıqda inzibati xəta haqqında protokolda qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında icraatı aparan inzibati orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş videoyazıdan görünür ki, Toyota markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşını saxlayaraq polislə qısa dialoqdan sonra atomaşına əyləşir, polis əməkdaşı da onun avtomaşınına əyləşir və o, hərəkətə başlayır. Qeyd edilən kadrlarda sürücünün polisin qanuni tələbinə riayət etməməsi halı müşahidə edilmir. Həmçinin təqdim edilmiş videoyazıda polisin həmin avtomaşına saxlamaq əmrini verməsi və həmin avtomaşının saxlamaması kimi xüsusatlar müşahidə edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qeyd edilən hərəkəti (polisin saxlamaq əmrini yerinə yetirməməsi) İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilməsinə baxmayaraq, İXM-nin 327.3. maddəsində Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə inzibati tənbehi nəzərdə tutulmuşdur. Həmçinin inzibati xəta haqqında icraatı aparan orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən videoyazıda Şəxs polis əməkdaşlarını söyüb, təhqir etməsi faktının əks olunduğu qeyd edilməsinə baxmayaraq, qeyd edilən videoyazıda heç bir səs yazısı mövcud deyildir. Bu baxımdan qeyd edilən hadisələr zamanı Şəxs hansı ifadələri işlətməsi videoyazıdan müəyyən edilmir. Həmçinin telefon vasitəsilə qeydə alınan videoyazıda Şəxs tərəfindən sual formasında “bandit, oğrusunuz ki, məni bu formada aparırsınız?” ifadəsi işlədilir. Lakin həmin qısamüddətli videoyazıda əvvəl hansı hadisənin və diaoqun baş verdiyi müəyyən edilmir. Halbuki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 4.7 bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Yol Patrul Xidməti əməkdaşları tərəfindən xidmət aparılarkən yuxarıda qeyd edilən tələblər pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktiki hallarından görünür ki, işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X8 və X1 ifadələri ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsi və iş materiallarında qeyd edilən izahatlar arasında kəskin ziddiyyət mövcuddur. Bunun əksi iş materialları ilə müəyyən olunmur. Bununla da Şəxs təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.». İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin də obyektiv cəhətdən tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-818/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-818/2024
31.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver