Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-819/2022 06.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X7 Polis Bölməsinin sahə rəisi X5, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, 02 yanvar 1963-cü il tarixdə Masallı rayonu, Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Masallı rayonu, Mahmudavar kəndində kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 06 sentyabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Fəhmin Nüsrətzadənin 09 may 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 06 sentyabr 2022-ci il tarixli, MN 14500389 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2022-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında qardaşı arvadı Zərərçəkmiş şəxsmı itələməklə, əlbıyaxa zamanı yerə yıxmaqla xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X5 bildirdi ki, Şəxs Camal qızı protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs qayını arvadıdır, eyni həyətdə yaşayırlar. Zərərçəkmiş şəxs mütəmadi olaraq kanalizasiya suyunu onun evi tərəfə süpürdüyü üçün ona xəbərdarlıq etmişdir. O, zərərçəkmiş şəxsi vurmamış, əlbəyaxa olmamış, itələməmiş və heç bir xəsarət yetirməmişdir. Buna görə də məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirib məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qaynı arvadı və qonşusudur. Şəxs mütəmadi olaraq onlarla münaqişə edir və ailəsini narahat edir. xx.xx.2022-ci il tarixdə, axşam saat 21 radələrində ünvan 2 ünvanında yerləşən həyətdə qoşusu Şəxs gəlini X4 ilə münaqişə etmişlər. Bu zaman o, onların münaqişə etdiyini görüb, onları sakitləşdirmək üçün yanlarına getmiş və onları ayırmağa çalışmışdır. O, qaynı arvadı Zenfira və gəlini Arəstəni bir-birindən ayırıb kənarlaşdırmağa çalışarkən qərəzli şəkildə Şəxs əliylə onun çiyin nahiyəsindən itələyərək onu yerə yıxmış və yerə yıxılan zaman sağ ayaq nahiyəsindən xəsarət almışdır. Şəxs həbs olunmasını istəməsə də sonuncu ilə barışmaq niyyəti yoxdur. Məhkəmədən inzibarti xəta haqqında protokola qanunauyğun şəkildə baxılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 izahatında göstərdi ki, Şəxs qonşusudur. Şəxs mütəmadi olaraq onlarla münaqişə edir və ailəsini narahat edir. xx.xx.2022-ci il tarixdə axşam, saat 21 radələrində ünvan 2 ünvanında yerləşən həyətdə qoşusu Şəxs o, evdə olan zaman yaşadığı evə gəlmiş, evə gələn zaman ünvanına nalayiq ifadələr işlətməyə başlamış və bu zaman evdən çölə çıxmışdır. Həmin vaxt aralarında münaqişə baş vermişdir. Aralarında münaqişə baş verən zaman Şəxs onun qaynanası Zərərçəkmiş şəxs qəsdən əli ilə çiynindən itələyərək yerə yıxmış və bu zaman qaynanası sağ ayaq nahiyəsindən xəsarət aldığı üçün rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs tez-tez münaqişə etdiyi üçün münaqişəli tərəflər kimi qeydiyyata götürülməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 390 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ ayağın birinci barmağı nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 06 sentyabr 2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişi döyməsi zərərçəkmiş şəxsin və şahidin izahatları, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs hazırkı inzibati xətanı törətməməsinə dair izahatını işin məhkəmədə müəyyən olunan faktiki hallarına uyğun olmayan və özünümüdafiə xarakerli izahat kimi qəbul edir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qzının məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə münasibətlərini, yəni qohum (qayın arvadı) olmalarını, eyni ərazidə qonşu kimi yaşamalarını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-819/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-819/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver