Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-820/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsili, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində Zərərçəkmiş şəxs əllərindən tutaraq dırnaqları ilə onun sağ əlini cızmaqla sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi, polis kapitanı Ehtibar Əhmədov bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il saat 12 radələrində M.Əbülfətov küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs ilə Şəxs arasında Lənkəran şəhəri T.İsmayılov küçəsində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs əlindən tutub dırnaqları ilə onun sağ əlini cızmış və bununla da inzibati xəta əməli törətdiyinə görə Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə MN seriyalı 11567842 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, zərərçəkmişi əvvəllər tanımamış və onunla heç bir şəxsi ədavəti olmamışdır. Hadisə baş verən gün o anası Aytən Bağırova ilə T.İsmayılov küçəsi ilə yolda gedərkən onlarla üzbəüz gələn Elmirə Qulamovanın onlara baxaraq söyüş söydüyünü görmüşlər. O, əsəbləşərək Elmirə Qulamovadan onları niyə söydüyünü soruşmuş və nəticədə aralarında münaqişə baş vermişdir. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Bütün bunların nəzərə alınıb barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, hadisə baş verən gün o Şəxs və onun anası Aytən Bağırovanı söyməmişdir. Aralarında anlaşılmamazlıq olmuş və nəticədə Şəxs ona qarın nahiyəsinə təpiklə vurmuş və dırnaqları ilə onun sağ əlini cızmışdır. Elmirə Qulamova yazılı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırda o, Şəxs ilə barışmışdır. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən Aytən Bağırova hadisə baş verən gün qızı Şəxs ilə küçə ilə gedərkən Zərərçəkmiş şəxs ilə rastlaşdıqlarını və Zərərçəkmiş şəxs onalara baxaraq söyüş söydüyünü və nəticədə qızı Şəxs ilə zərərçəkmiş arasında münaqişə baş verdiyini bildirdi. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayonlararası Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 1161 saylı xx.xx.2022-ci il tarixli canlı şəxsin ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ əl nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxsnun təqsirli olması onun özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs barışmaları barədə ərizələrini məhkəməyə təqdim etmişlər. İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(049)-820/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-820/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver