Məhkəmə qərarları › İş №3(049)-820/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-820/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-820/2025 14.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi oğlunun iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X8 və inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon X14 PB-nin polis sahə rəisi X1 iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon X14 PB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 17 oktyabr 2025-ci il tarixdə, Liman şəhər M.Ə.Sabir küçəsində yaşayan qardaşı X2 təhqir etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, verdiyi izahatında göstərdi ki, 22 oktyabr 2025-ci il tarixindən Bakı şəhərindədi və qardaşı Rasimi görməyib. Bu tarixdən təxmini 2 ay əvvəl Lənkəran rayonu, Liman şəhərindəki həyətdə qardaşı Rasim daş tökəndə bacısı Zenfira ona daşı ümumi həyətə tökdüyü üçün irad bildirmişdir. O, X10 böhtan atmadığını və təhqir etmədiyini bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində dindirilmiş X13 izahatında göstərdi ki, onun evinin arxa tərəfində bacısı Zenfira yaşayır. O, təmir işləri görmək üçün həyətinə daş yığdığı zaman bacısı onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra qardaşı İbadulla da onun ünvanına təhqirlər deməyə başlamışdır. Qardaşı İbadulla hətta həyətində işləyən fəhlələri də təhqir etmişdir. Bu barədə 102 xidmətinə şikayət etmişdir. Məhkəmə baxışında iştirak edən şahid X6 ifadəsində bildirdi ki, Rasim Ağayevə məxsus həyətdə Elçin Qurbanovla birlikdə fəhlə kimi işləyərkən İbadullanın bacısı ora yaxınlaşaraq, onları təhqir etməyə başlamış və işləmələrinə imkan verməmişdir. Onlar bu barədə ev yiyəsi Rasimə məlumat vermişlər. Rasim ora gəldikdə isə onun bacısı Zenfira və qardaşı olan İbadulla Rasimi uca səslə nalayiq söyüşlərlə təhqir etmişlər. Məhkəmə baxışında iştirak edən şahid X5 ifadəsində şahid X4 ifadəsində bildirdiyi xüsusatları təsdiqlədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətməsi onun özünün ifadəsi, zərərçəkmişşəxsin izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümaəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə Şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəxs inzibati tənbehini ağırlaşdıran hallar yoxdur. Şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati cərimə cəzasının tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar