Məhkəmə qərarları › İş №3(049)-822/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-822/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-822/2022 07.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.50 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X8, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Elbrus oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 11 noyabr 1965-ci il tarixdə Lənkəran şəhəri, Narbağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, DOST MMCdə sosial işçi işləyən, Lənkəran şəhəri, Narbağı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 07 sentyabr 2022-ci il tarixli, MN 035959 nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 07 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 28 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Lənkəran rayonu, Rvo kəndində Zərərçəkmiş şəxs Elbrus oğluunun ünvanına nalayiq ifadələr işlətməklə orada xidmət aparan polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi X3 göstərdi ki, 28 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Əzizov X2 rayon, Rvo kəndində Zərərçəkmiş şəxs Elbrus oğlunun ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənlər nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, yaşadığı Lənkəran rayon, Narbağı kəndində hazırda zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs və digər şəxslər gündəlik Kamaz markalı yük avtomobilləri ilə qum, daş, çınqılı qanunsuz olaraq daşıyırlar. Bununla bağlı dəfələrlə həmin şəxslərə xəbərdarlıq etmiş, habelə müvafiq orqanlar şikayət etmişdir. 28 avqust 2022-ci il tarixdə, saat 136 radələrində o, yenə də Kamaz markalı yük avtomobili ilə həmin sahədən qum aparmasını görüb saxlatmış, sürücüdən bu fəaliyyətinə görə pul və ya qəbz aldığını soruşmuş, həmin vaxt avtombildə əyləşən Zərərçəkmiş şəxs görüb ona sadəcə “sən qazi deyilsən, müharibə iştirakçısısan, qazinin əli, ayağı olmur” demişdir, bundan başqa ona heç bir söz deməmişdir. Sonradan o, 102 xidmətinə zəng edərək ərazidən qanunsuz olaraq qum aparılmasını bildirmiş, oraya polis əməkdaşları gəlmişdir. O, polisə özünün şikayət etdiyini və nəyə görə polis avtomobilində getməli olduğunu bildirmiş, buna görə də polisin avtomobilinə minməkdən imtina etmiş, sonradan özü polis idarəsinə gəlmişdir. O, heç kimi söyməmiş, polisə tabesizlik göstərməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Elbrus oğlu izahatında göstərdi ki, Lənkəran rayonu, Narbağı kəndində yaşayır, ikinci Qarabağ müharibəsində iştirak etmiş, Vətən mübaribısi iştirakçısı və digər medallarla təltif olunmuşdur. Müharibə vaxtı yaralanmış və buna görə müalicə almışdır və hazırda müalicə almağa davam edir. Maddi vəziyyəti yaxşı olmadığı üçün yaşadığı kənddə yerləşən çay qırağı ərazidən Kamaz markalı yük avtomobillərinə qum, çınqıl yükləyərək satır və bu əməlinə görə barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati protokol tərtib edilmiş və 1500 manat cərimə olunmuşdur. 28 avqust 2022-ci il tarixdə, saat 13 radələrində yenə qum və çınqıl daşıyarkən Şəxs onun olduğu yük avtomobilinin qarşısını kəsmiş və o, aşağı düşdükdən sonra onun ünvanına “sən qazi deyilsən, saxta qazisən, narkomansan” və digər nalayiq ifadələr işlətmişdir. O, da bu barədə 102 xidmətinə zəng vuraraq bildirmiş və polis əməkdaşları həmin yerə gəldikdən sonra da Şəxs onu söyməyə davam etmiş və bunu polis əməkdaşları da görmüşdür. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraat aparılan şəxsin həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 izahat verərək göstərdi ki, 28 avqust 2022ci il tarixdə, saat 13 radələrində polis nəfərləri Sərxan Dadaşzadə və Mirsəmid Camalovla birlikdə Lənkəran rayonu, Narbağı kəndində yaşayan Zərərçəkmiş şəxs Elbrus oğlunun 102 xidmətinə verdiyi çağırış əsasında Rvo kəndinə getmişlər, həmin vaxt Lənkəran rayonu, Narbağı kəndi sakini Şəxs ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin vaxt Şəxs nizam intizama dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış və qanuni tələblərə tabe olmadığı üçün onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərdi ki, 28 avqust 2022-ci il tarixdə, saat 13 Lənkəran rayonu, Narbağı kəndində yaşayan Zərərçəkmiş şəxs Elbrus oğlunun 102 xidmətinə verdiyi çağırış əsasında Rvo kəndinə getmişlər, həmin vaxt Lənkəran rayonu, Narbağı kəndi sakini Şəxs ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin vaxt Şəxs nizam intizama dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış və qanuni tələblərə tabe olmadığı üçün onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon X15 Patrul Xidməti Bölüyünün komandiri vəzifəsini icra edən X4 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 28 avqust 2022-ci il tarixli raportdan görünür ki, 28 avqust 2022-ci il tarixdə, saat 13 radələrində polis nəfərləri Sərxan Dadaşzadə və Mirsəmid Camalovla biurlikdə Lənkəran rayonu, Narbağı kəndində yaşayan Zərərçəkmiş şəxs Elbrus oğlunun 102 xidmətinə verdiyi çağırış əsasında Rvo kəndinə getmişlır, həmin vaxt Lənkəran rayonu, Narbağı kəndi sakini Şəxs ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin vaxt Şəxs nizam intizama dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış və qanuni tələblərə tabe olmadığı üçün onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 sentyabr 2022-ci il tarixli Aktdan görünür ki, tərəflər arasında mübahisə doğuran Lənkəran rayon, Narbağı kəndindəki ərazi dövlət mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 avqust 2022-ci il tarixli ********* nömrəli məlumatdan görünür ki, həmin gün, saat 10.12-də Lənkəran rayonu, Narbağı kənd sakini Zərərçəkmiş şəxs Elbrus oğlu 051 330-14-48 nömrəli mobil telefonla DİN 102 nömrəsinə zəng edərək Şəxs adlı şəxs tərəfindən təhqir olunması barədə məlumat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 avqust 2022-ci il tarixli, ********* nömrəli məlumatdan görünür ki, həmin gün, saat 12.41-də Lənkəran rayon, Narbağı kənd sakini Şəxs 050 582-64-07 nömrəli telefonla DİN 102 xidmətinə zəng vuraraq çay ətrafı ərazinin ekskvatorla dağıdılmasını bildirib polisin yaxınlaşmasını istəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Əzizli X5 Şəhər Rayon Polis şöbəsinə müraciət edərək Şəxs onun şərəf ləyatqətini alçaltdığını bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 31 avqust 2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Şəxs ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək Zərərçəkmiş şəxs Elbrus oğlunun ünvanına nalayiq ifadələr, həmçinin söyüşlər işlətmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş medal, hərbi bilet və tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Elbrus oğlu “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olummasına görə” “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “sağ dirsək, sağ budun arxa, sağ baldırın arxa səthlərinin odlu silah yaralanması” xəsarətini almışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də sosial işçi işləyir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 avqust 2022-ci il tarixdə, saat 13 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, Rvo kəndində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək Zərərçəkmiş şəxs Elbrus oğlunun ünvanına nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsinə lakin mahiyyət etibarı ilə etirafedici izahat verməsini, yəni zərərçəkmiş şəxs X13 təhqir etməsini, ictimai yerdə söyməsini və polisin qanuni tələblərinə tabe olmamasını bildirməsinə qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin izahatı bir daha məhkəməyə həmin izahatı da sübut qismində istifadə etməyə əsas verir. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edərək bildirmişdir ki, polis əməkdaşlarının ona qarşı hər hansı qanun pozuntusu ilə nəticələnən hərəkətlər etməsi, habelə yaşadığı kənddə qeyri-qanuni fəaliyyətlə, konkret olaraq ətraf mühitə ziyan verilməsinə səbəb olan hərəkətlər edilməsini hesab etdiyi barədə şikayət etmək hüquq var, lakin indiki halda məhkəmənin həmin şikayətlə əlaqədar araşdırma aparmaq səlahiyyəti yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32 və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs barəsində inzibati həbs növündə inzibati təhbeh tədbiri tətbiq edərkən İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin faktiki olaraq hüquqlarının məhdudıaşdırıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 07 sentyabr 2022-ci tarixdən, saat 18.50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar