Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-823/2023 07.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və X4 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Siyavar kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonunun, Siyavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs, 15 mart 1974-cü il tarixdə Lənkəran rayonu, Siyavar kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonunun, Siyavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: 2P89A1J) X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 05 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində Lənkəran rayonu, Siyavar kəndi ərazisində X5 ilə birlikdə qadağan edilmiş torlarla balıq ovu etdiyinə görə barələrində Lənkəran XPŞ-nin NH-nin məsul növbətçisi polis mayoru, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 06 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, 05 fevral 2023-сü il tarxdə tanışı X5 ilə birlikdə balıq ovlamaq üçün Xəzər dənizinin Siyavar kəndi ərazisində yerləşən hissəsinə gəlmişlər. Orada balıq ovlamaq üçün qurduqları torları yığarkən Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq ovladıqları balıqlara və balıqovlama vasitələrinə baxış keçirmişlər. Həmin vaxt 8 ədəd sintetik tor və 3 ədəd siyənək balığı aşkar edilərək götürülmüşdür.Hazırda əməlindən peşmandır bir daha bü cur hallara yol vermiyəcikdir. Məhkəmə iclasında X5 bildirmişdir ki, 05 fevral 2023-сü il tarxdə tanışı Şəxs ilə birlikdə balıq ovlamaq üçün Xəzər dənizinin Siyavar kəndi ərazisində yerləşən hissəsinə gəlmişlər. Orada balıq ovlamaq üçün qurduqları torları yığarkən Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq ovladıqları balıqlara və balıqovlama vasitələrinə baxış keçirmişlər. Həmin vaxt 8 ədəd sintetik tor və 3 ədəd siyənək balığı aşkar edilərək götürülmüşdür.Hazırda əməlindən peşmandır bir daha bü cur hallara yol vermiyəcikdir. Məhkəmə hesab edir ki, Şəxs və X4 tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, 06 mart 2023-cü il tarixli aktdan görünür ki, bŞəxs və X2 25 fevral 2023-cü il tarixdə götürülmüş 3 ədəd siyənək balıları gigiyenik qaydalara uyğun saxlanılmadığı üçün istifadəyə yararlı olmadığına görə yandırılaraq məhv edilmişdir. İş materiallarına əlavə edilmiş 03 fevral 2023-cü il tarixli Balıqovlama biletindən görünür ki, Şəxs və X4 balıqovlamaq icazələri olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs və X4 həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X4 haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində ov hüququ məhdutlaşdırılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 6 ay ov hüququ məhdutlaşdırılsın. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 6 ay ov hüququ məhdutlaşdırılsın. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-823/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-823/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver