Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-823/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyən, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı ilə görüş hüququ təmin edilməli olduğu halda tələbkar ilə görüş hüququ təmin olunmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra X4 bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı ilə görüş hüququ müəyyən edilmişdir. Uzun müddət görüş hüququ keçirilsə də, sonradan mümkün olmamış, lakin sonradan görüşdə problem yarandığından uşağın anası, yəni borclu Şəxs dəvət olunmuş, anası uşağın atasının onun görüntülərini sosial şəbəkələrdə paylaşması səbəbindən uşağın görüşməkdən imtina etdiyini bildirmişdir. İcra şöbəsində uşaq və anası dəvət olunduğu zaman uşaq atası ilə normal ünsiyyətdə olsa da, onunla birgə qalmaqdan imtina etmiş, daha sonra isə uşağın atasıla qalmasına təsir olub-olmamasının müəyyən etməkdən ötrü qəyyumluq və himayəçilik orqanından rəy alınmış, rəyə əsasən valideynlər arasındakı mübahisəyə görə uşağın bir müddət atasıla görüşməməsi məqəsədəmüvafiq hesab edilmişdir. Zərərçəkmiş şəxs həmin rəydən məhkəməyə şikayət etmiş və Lənkəran ŞİHB Qəyyumluq və Himayəçilik komissiyasının rəyi ləğv olunmuşdur. O, öz fikrinə əsasən uşağın anasının təsir göstərməsini düşünür. Anası icra sənədini icra etməli, uşağın atasıla görüşməsinə təsir göstərməli olduğu halda yayınmışdır. 2025-ci ilin sentyabr ayından bugünədək görüş mümkün olmamışdır. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, barəsində Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına şikayət edərək uşağa əab verdiyini bildirmiş və bununla bağlı cinayət işi başlanmışdır. Cinayət işi xx.xx.2025-ci il tarixdə xitam olunmuşdur. Bundan sonra 2025-ci ilin sentyabr ayının 10dan Zərərçəkmiş şəxs qızı azyaşlı İnci Süleymanın üzü və bədən üzvlərin sosial şəbəkələrdə paylaşmış, bundan xəbəri olmamış, müəlliməsi ona zəng edərək bu barədə məlumat vermiş, daha sonra məktəb yoldaşları da ona İnciyə bu barədə danışdığından uşağa pis təsir etmişdir. Görüntülərdən sonra uşaq məktəbə də getmək istəməmiş, müəlliməsinin və digər uşaqların valideynlərinə aparılmış danışıqlarla uşağı məktəbə getməyə çətinliklə razı salmışlar. Uşağına dəfələrlə atası ilə getməli olduğunu bildirsə də, uşaq videolarının çəkilməsindən şikayət edərək görüşdən imtina edir. Zərərçəkmiş şəxs hər dəfə görüşə gəldiyi zaman görüntülər çəkməyə çalışır, buna görə də, o da videogörüntülər qeyd edir, uşağ da buna görə imtina edir. Nə cür yolla əldə olunması müəyyən olunmayan ekspert rəyin əsas göstərsələr də, buna səbəb uşağın öz psixoloji vəziyyətilə əlaqəlidir. Qətnaməni icra etməkdən yayınmır, uşaq özü imtina edir, uşağı məcbur şəkildə daha öncə versə də, problem yaşanmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, əvəllər görüşlə bağlı razılıq olmuşdur. Müxtəlif vaxtlarda eyni səbəbdən problemlər yaşanmış, bununla bağlı da, Şəxs barəsində 500 manat inzibati tənbeh qərarı qəbul edilmişdir. Xitam qərarından sonra sosial şəbəkədə əsassız xitamdan ötrü paylaşımlar etmişdir. Şəxs ilə jurnalist əlaqə saxlanmış, Gülnar görüntülərin saxta olduğunu bildirərək jurnalisti də təhqir etmişdir. Uşağın psixologiyasında heç bir problem yoxdur, uşağa anası tərəfindən təsirlər olur, uşaqla araları yaxşı olsa da, onu özü ilə aparmaq istəyəndə uşaq formal olaraq görüntülərini internetdə paylaşacağını bildirərək imtina edir. Anası məhkəməyə müraciət edərək, atasıla görüşünə qadağan qoyulması üçün müraciət etmişdir. 2025-ci ilin sentyabr ayından sonra dəfələrlə övladı İnci ilə görüşməyə çalışır, uşağı hazırlayıb göndərdiyini bildirsə də, Gülnar bilərəkdən uşağı ev geyimində göz aldadmaqdan ötrü darvazanın qapısına göndərir. Uşaq sosial şəbəkələrdə onun paylaşılması kimi məsələləri dərk etmir. Uşağı məhkəmə ekspertizasına təqdim etmiş, ekspertizanın rəyində anasının uşağa təsir göstərdiyi açıqaşkar görünür. Göstərdiklərinə əsasən Şəxs barəsində inzibati həbs növündə tənbeh qərarı görülməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, X1 xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X6 ilə hər həftənin şənbə günü saat 09:00-dan 21:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. "Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs bilərəkdən qərəzli şəkildə 20 sentyabr 2025-ci il tarixdə və 27 sentyabr 2025-ci il tarixdə görüş günlərini təmin etməmiş, Lənkəran Rayon Məhkəməsi qərar qəbul edərək Masallı Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi Komissiyasına icra olunmasını həvalə etmişdir. Oktyabrın 20-si və 27-si 2025-ci il tarixlərində görüşlərinin baş tutumasıla bağlı Masallı Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi Komissiyasının iştirakıla aktlar tərtib olunaraq, protokollaşdırılsın, borclu X5 barəsində İnzibati Xəta Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta protokolunun tərtib edilib Lənkəran Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Lənkəran Rayon İcra və X2 Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi Komissiyasına göndərdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tərəflər tərəfindən görüş təşkil edilsə də, İnci Süleyman atası Zərərçəkmiş şəxsla görüşməkdən imtina etdiyindən, uşağa komissiya tərəfindən profilaktik təsirin olub-olmadığı barədə rəy tələb olunur. xx.xx.2025-ci il tarixli Lənkəran İcra və Probasiya Şöbəsinin aktından görünür ki, Zərərçəkmiş şəxs uşağı ilə Bakı şəhərində görüşü zamanı çəkmiş video görüntüdən ata övlad münasibətləri yaxşı olmasına baxmayaraq, atası uşağa birlikdə getməyi təklif etdiyi zaman uşaq formal şəkildə atasıla görüşdən imtina edərək, görüşmək istəmədiyini bildirir." xx.xx.2025-ci il tarixli Lənkəran İcra və Probasiya Şöbəsinin aktından görünür ki, eyni qaydada uşaq atasından çəkinmədən ünsiyyət yaratsa da, uşağa təsir olduğundan atasıla təkcə gəzməkdən, qalmaqdan imtina edir, təsir olub-olunmadığı məsələsi aydınlaşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınandan sonra icra tədbirləri davam etdiriləcəkdir. xx.xx.2025-ci il tarixli Lənkəran İcra və Probasiya Şöbəsinin aktından görünür ki, Zərərçəkmiş şəxs uşaqla ünsiyyət üçün Şəxs yaşadığı fərdi evə getmiş, video görüntülər çəkmiş və o görüntülərdən uşaq atasından çəkinmədən ünsiyyət yaratsa da, uşağa təsir ola biləcəyi halı ehtimal olunaraq atasıla əyləncə mərkəzinə getməyə imtina edir və uşağa təsir olub-olunmadığı məsələsi aydınlaşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınandan sonra icra tədbirləri davam etdiriləcəkdir. xx.xx.2025-ci il tarixli Lənkəran İcra və Probasiya Şöbəsinin aktından uşağın Zərərçəkmiş şəxsla darvazada görüşü zamanı çəkilmiş video görüntüdən ata övlad münasibətləri yaxşı olmasına baxmayaraq, atası uşağa birlikdə getməyi təklif etdiyi zaman uşağın görüşdən imtina edərək, görüşmək istəmədiyini bildirməsi müəyyən olunur. Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi Komissiyasının xx.xx.2025-ci il tarixli iclas protokolundan və xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, valideynlər arasındakı münasibətin uşağın gələcək inkişafına və psixi sağlamlığına mənfi təsir göstərməsi səbəbindən, İnci Süleymanın atası ilə ünsiyyətinə müvəqqəti fasilə verilməsi məqsədəuyğun hesab edilmişdir." Lənkəran Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının xx.xx.2025-ci il tarixli iclas protokolundan və rəyindən görünür ki, valideynlər arasındakı münasibətin uşağın gələcək inkişafına və psixi sağlamlığına mənfi təsir göstərə biləcəyindən, İnci Süleymanın atası ilə ünsiyyətinə müvəqqəti fasilə verilməsi məqsədəuyğun hesab edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Zərərçəkmiş şəxs sosial şəbəkələrdə uşağa dair görüntülər paylaşması uşağı utandırdığından, aqressiv davranışı, uşağın tez-tez idarələrə getməsi səbəbindən uşağın psixi vəziyyətinin pisləşdiyini və görüşlərin həyata keçirilməsinin mümkün olmadığını, həmçinin uşağa heç bir təsir göstərmədiyini bildirir. Məhkəmə iclasında təqdim olunmuş xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2019-cu il təvəllüdlü X6 ilə aparılmış psixoloji söhbət-müsahibə zamanı uşaq bildirmişdir ki, “ anamla birlikdə yaşayırıq, atam bakıda yaşayır, əvəllər atamla görüşürdük, amma indi görüşmürük. Çünki atam mənim açıq şəkillərimi çəkdi, internetə qoydu. Anam mənə şəkilləri göstərib, dedi ki, atamın anına getsəm yenə şəkillərimi internetə qoyacaq. Mən də ona görə, atama dedim ki, onunla görüşmək istəmirəm. O şəkilləri sinif yoldaşlarım görmüşdü. Mənə dedilər şəkilləri görüblər. Mənə güldülər. Bədənimdə yara izləri var idi. Atamgil videosunu çəkdilər, dedilər ki, onları anam edib. Amma anam məni heç vaxt döyməyib. O yara izləri oynayanda olub. Anam mənə yaxşı baxır. Nə istəyirəmsə, edir. Anamla qalmaq istəyirəm. Atamla qalmaq istəmirəm. Atamla görüşürəm. Bazar günləri görüşə bilərəm.” Qeyd edilə rəyin nəticə hissəsinin 6-cı sualı üzrə verilmiş cavabdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşağa anası, atası və atasının yaxınları tərəfindən müəyyən psixoloji təsir əlamətləri, uşağın baş verənlərə adekvat reaksiya vermək iqtidarında olmaması, yanında olduğu valideynə uyğun davranaraq özünü qorumağa çalışması üzə çıxır. Məhkəmə inzibati xətanın mahiyyətini hərtərəfli araşdırıb hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatları, icra məmurunun məlumatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Lənkəran İcra və Probasiya Şöbəsində tərtib olunmuş aklardan, Lənkəran ŞHİB-nin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin Lənkəran Rayon Məhkəməsi tərəfindən ləğv edilməsindən, habelə xx.xx.2025-ci il tarixli ekspert rəyindəki uşağın söhbət zamanı verdiyi ifadədən müəyyən etmək olar ki, uşağa anası tərəfindən atasıla qalmasına təsir göstərilir. Hazırki inzibati xətanın əsasını təşkil edən uşağın görüşünə maneə törədilməsinə dəlal gətirən əsas hallardan biri odur ki, Azərbaycan Respublikasının qanunvericiliyi, habelə beynəlxalq normalara istinadən uşaq ana və ata qayğısı nəvazişi görməlidir. Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində uşağa psixologiyasına mənfi təsirlər olsa belə, kifayət qədər əsas var ki, uşağın anası Şəxs uşağı atası ilə qalmasına onun psixologiyasına mənfi təsir göstərməyəcək şəkildə söhbət aparmalı olduğu halda, daha çox uşağa atasından uzaq durmasına təsir göstərir. Belə ki, işin faktiki halıdır ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən sosial hesablarda Şəxs ilə bağlı, yəni onun İnci Süeymana işgəncə verməsi barədə məlumatlar paylaşıldıqdan sonra borclu tərəfindən tələbkara uşağı İnci Süleymanla görüşməyə maneçilik törədəcək hərəkətlər edilmişdir. İnci Süleymanın atasıla qalmasından, yəni görüşməsindən imtina etməsi Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və sonuncunun inzibati məsuliyyətdən azad edilməsinə əsas olan hal kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-823/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-823/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver