Məhkəmə qərarları › İş №3(049)-824/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-824/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-824/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X10, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Sanquli qızının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, 18 avqust 1958-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi ev 6A-da qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq,, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 07 mart 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 13 yanvar 2023-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 07 mart 2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Liman şəhəri N.Nərimanov küçəsi ev 6 A-da bacısı Zərərçəkmiş şəxs yumruqla vurmaqla başın ənsə nahiyyələrindən qançılardan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X10 izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualina cavab olaraq bildirdi ki, Şəxs bacısı ilə olan münaqişəsi uzun müddətdir davam edir və mübahisəli ailə kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, bacısı Zərərçəkmiş şəxs onu döyməsi barədə ərizəni o yazmışdır. Şölə bacısı olmaqla həm də qonşusudur. Uzun illərdir ki, torpağa görə müqaişələri vardır. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində evdə olan zaman onların həyətində söyüş səsi eşitmiş, küçəyə çıxanda Yusiflə rastlaşmış və ondan Şölənin həyətindən niyə səs gəldiyini soruşmuş, o da yəqin öz aralarında mübahisə etdiklərini demişdir. Ancaq Şölənin onun qızını söydüyünü eşitdikdə Şölənin onun ünvanına söyüş söydüyünü bilmişdir. Həmin vaxt Şölə küçə qapısından çıxıb onu və ailə üzvlərini söyərək həyət qapısına tərəf gəlmiş, inəyini niyə vurduğunu soruşduqda o da inəyini vurmadığını, ona nə qədər böhtan atacağını demişdir. Şölə gözlənilmədən üzünə bir yumruq vurmuş, sifətini cırmaqlamış və o da onu itələmişdir. Onlar əlbəyaxa olan zaman digər bacısı Ədibə də ora gəlib əlində olan ağac parçası ilə onun belinə bir zərbə vurmuşdur. Münaqişə zamanı Şöləni yumruq və təpiklə vurmamış,ancaq itələmişdir. Hazırda bacısını itələdiyinə görə əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi.. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qardaşı Şəxs barədə ərizəni o yazmışdır.Aygün də qardaşı arvadı olmaqla qonşudurlar.Uzun illərdir ki,torpağa görə müqaişələri vardır. Həmin torpaq münaqişəsi ilə bağlı rayon məhkəməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə onların xeyrinə qərar qəbul edilmişdir.xx.xx.2022-ci il tarixdə saat 14 radələrində evdə olan bacısı Şölənin döyülmüş halda həyətə girdiyini görmüş, Hamilin küçədə onu döydüyünü demişdir. Şölə ondan telefonu istəməklə DİN-nin 102 xidmətinə zəng etmişdir. Şölədən necə döyüldüyünü soruşduqda o küçəyə çıxdıqda Yusiflə rastlaşdığını,ona Aygünün onun inəyinin ayağını daşla vurduğunu və axsadığını söylədiyini, bu zaman Hamilin qapısından çıxıb onu ucadan nalayiq söyüşlərlə söyməyə başladığını,onun da söyüşləri ona qaytardığını, ancaq Hamilin gözləmədiyi halda üstünə hücum çəkib yumruqla başından, sifətindən vurduğunu, onun da qışqırmaqla evinə tərəf qaçdığını demışdır.Hamil ona böhtan atmış, onu ağacla belindən vurmamışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X5 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 1275 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın ənsə nahiyəsində qançır aşkar edilmişdirş Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 07 mart 2023-ci il tarixli 3-17-1/2-48164/2023 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. Məhkəmə iclasında araşdırılmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişi döyməsi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, yəni əməlindən peşman olmaqla bunu məhkəmə araşdırması zamanı da bildirməsini, zərərçəkmiş şəxslə münasibətlərini, yəni bacı-qardaş olmaqla eyni ərazidə yaşamalarını, maddi vəziyyətini, habelə yaşını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar