Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-824/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 13 dekabr 2023-cu il tarixli, MN №1440750 nömrəli qərarı ilə Lənkəran rayonu, Nərimanabad bələdiyyəsinin sədri X3 vəzifəli şəxs qismində 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası ETSN lcaylı RETSİ-nin 29 noyabr 2023-cü il tarixli G- BM/4023-426 saylı məktubu ilə 27 noyabr 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu 06 dekabr 2023-cü il tarixində Nərimanabad bələdiyyəsinə daxil olmuşdur. Nərimanabad bələdiyyəsi 1 saylı RETSİ-nə 07 dekabr tarixli № 80 nömrəli məktubla cavab verərək buldirmişdir ki, tullantıların idarə edilməsi "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində öz əksini tapmışdır. 1 saylı RETSİ-nin 13 dekabr tarixli G-İM/4023-428 saylı məktubu ilə 13 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli qərarı 19 dekabr 2023-cü il tarixində Nərimanabad bələdiyyəsinə daxil omuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli №156411 /2024-25-7- 004 nömrəli bildiriş və qərarı xx.xx.2024-cü il tarixində Nərimanabad bələdiyyəsinə daxil olmuşdur. Nərimanabad bələdiyyəsi 02 iyun 2024-cü il tarixli № 44 nömrəli məktubla Azərbaycan Respublikası Lənkəran rayon Məhkəməsinə 1 saylı RETSİ-nin 13 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli qərarından şikayət ərizəsini 03 iyun 2024-cü il tarixində göndərmişdir. Azərbaycan Respublikası Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tatixli №3(049)- 629/2024 nömrəli Qərardadına əsasən şikayət geri qaytarılmışdır. Məktub xx.xx.2024-cü il tarixində Nərimanabad bələdiyyəsinə daxil olmuşdur. Nərimanabad bələdiyyəsi 02 iyul 2024-cü il tarixli № 55 nömrəli məktubla 1 saylı RETSİ-nə 13 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli qərarın baxılma müddətinin bərpa edilməsi barədə müraciər ünvanlamış və 12 iyul 2024 cü il tarixidə 1 saylı RETSİnin 03 iyul 2024-cü il tarixli № 3-14-40/2-287/2024 nömrəli məktubunda qərarın baxılma müddətinin bərpa edilməsinin mümkün olmadığını bildirilmişdir. Nərimanabad bələdiyyəsi 15 iyul 2024-cü il tarixli № 60 nömrəli məktubla Azərbaycan Respublikası Lənkəran rayon Məhkəməsinə 1 saylı RETSİ-nin 13 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli qərarından şikayət ərizəsini 15 iyul 2024-cü il tarixində göndərmişdir.Azərbaycan Respublikası Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tatixli №3(049)- 677/2024 nömrəli Qərardadına əsasən şikayət geri qaytarılmışdır.Məktub xx.xx.2024-cü il tarixində Nərimanabad bələdiyyəsinə daxil olmuşdur. Nərimanabad bələdiyyəsi 16 iyul 2024-cü il tarixli № 62 nömrəli məktubla ETSN-nə 13 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli qərarın baxılma müddətinin bərpa edilməsi barədə müraciər ünvanlamış və 22 avqust 2024 cü il tarixli, №3-14-40/401/2024 saylı məktubunda 1 saylı RETSİ-nin 22 avqust 2024cü il tarixli № 089 nömrəli Qərardadını göndərmiş və heç bir səbəb bildirmədən vəsatəti rədd etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayəti geri qaytarılmalıdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(049)- 812/2024 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmüş müddətdə şikayət verilmədiyindən şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 130-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-824/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-824/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver