Məhkəmə qərarları › İş №3(049)-824/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-824/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-824/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası DİN-in Baş X15 İdarəsinin EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə şikayət verərək, EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi fəaliyyət göstərir və vergi orqanlarında qeydiyyatdan keçmişdir. Bu barədə onun adına şəhadətnamə də verilmişdir. X3 onun doğma qardaşıdır. Onun özünün mülkiyyətində VOLVO FH16 520 yük markalı ** CF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi vardır. O, həmin nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından xarici dövlətlərə yük daşıması ilə məşğul olur. X3 06 noyabr 2025-ci il tarixdə növbəti dəfə Azərbaycan Respublikasından Rusiya Federasiyasına yük aparan zaman, yəni o, həmin tarixdə Lənkəran Gömrük İdarəsində 22550 kq çəkidə olan feyxoa meyvəsi yükləmiş, qeyd olunan çəkidə feyxoa onun nəqliyyat vasitəsinə yükləndikdən sonra gömrük əməkdaşları tərəfindən həmin yük qanunauyğun qaydada möhürlənmiş və bundan sonra X3 həmin yükü Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi VOLVO FH16 520 Yük markalı ** CF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Lənkərandan hərəkətə başlamışdır. X3 idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən yük maşınlarını çəkən tərəzinin üzərindən keçərək hərəkətini davam etdirmiş, əvvəlcə Azərbaycandan Rusiya Federasiyasına keçən Azərbaycan Gömrük postunu və sonra Rusiya Federasiyasına məxsus gömrük postunu keçərək Rusiya Federasiyasına daxil olmuşdur. X3 qeyd olunan meyvələri Rusiya Federasiyasının Dağıstan Respublikasında boşaldaraq geri qayıtmışdır. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra onun istifadəsində olan mobil telefonuna SMS gəlmiş və həmin SMS-də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31819508 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1200 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X3 bunlara aydınlıq gətirmək üçün Lənkəran ŞRPŞ-nin DYP-nə müraciət edərək bu barədə qərarın sürətini istədikdə onlar sistemdən həmin qərarın sürətini X3na təqdim etmişlər. Həmin qərarla tanış olanda nəqliyyat vasitəsi X2 mülkiyyətində olmaqla onun tərəfindən idarə olunsa da, qardaşı ona etibarnamə verdiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31819508 saylı qərarla güya o, yəni X7 Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1200 manat miqdarında inzibati qaydada cərimə edildiyi məlum olmuşdur. Törətdiyi inzibati xəta da ondan ibarətdir ki, güya o, nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən yük maşınlarını çəkən tərəzinin üzərindən keçərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləməklə və Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törətməklə həmin inzibati xətanı törətmişdir. Hansı ki, nə X3 və nə də o qeyd olunan inzibati xətanı törətməmişlər. X3 həmin yük Lənkəran şəhərində yerləşən Gömrük Postunda yükləndikdən sonra tərəzidə çəkilərək möhürlənmiş, dartıcının tara məkisi 8100 kq, qoşqunun tara çəkisi 9000 kq və yükün CMR çəkisi isə 22550 kq, tərəzi çəkisi isə 39820 kq-dır. Qanunvericiliyin tələbinə görə isə artıq çəki 40000 kq-dan artıq çəkidir. X2 idarə etdiyi nəqliyyat vasitəsinin yüklə birlikdə cəmi çəkisi 39820 kq olmuşdur. X2 idarə etdiyi nəqliyyat vasitəsinin yüklə birlikdə həmin çəkiyə malik olmasını Lənkəran şəhərində yerləşən Gömrük Postunda tərəzidə çəkildikdən sonra möhürləndikdən verilmiş sənədlə, eyni zamanda həm Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçən Gömrük Postunu və Rusiya Federasiyasına daxil olarkən Gömrük Postunda tərəzidə çəkilərək verilmiş sənədlərlə təsdiqini tapır. Belə ki, həmin sənəddə nəqliyyat vasitəsində olan tara ilə yükün ümumi çəkisi 22550 kq qeyd olunmuşdur. Nəqliyyat vasitəsi ilə qoşqunun ümumi çəkisi də 17100 kq-dır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31819508 saylı qərarla Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilinib, 1200 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Çünki, o heç bir inzibati xətaya yol verməmişdir. Ona görə də, o, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini və qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın – AR BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatətləri yaxud əlavə hər-hansı digər vəsatət, etiraz və.s daxil olmamışdır. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq olunmuş: Azərbaycan Respublikası DİN-in Baş X15 idarəsinin inzibati tənbeh vermə haqqında EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsi. Bakı istiqaməti ərazisində inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən xx.xx.2025-ci il tarixində, saat 22:39:30-da VOLVO FH16520 YÜK markalı, 42CF115 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası DİN-in Baş X15 idarəsinin inzibati tənbeh vermə haqqında EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əlavə olunmuş 3C:E4:B0:E5:AC:5A nömrəli kameranın görüntülərindən müəyyən olunur ki, 42CF115 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qərarda qeyd olunan ərazidə və vaxtda hərəkət etdiyi və hərəkət etdiyi zaman xüsusi texniki vasitə tərəfindən 42540 kq çəki müəyyən olunmuş, bununla da, qanunvericiliyin tələbi pozulmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X5 adına olan 42CF115 dövlət qeydiyyat nişanlı, VOLVO FH16 520 YÜK avtomobili yəhərli dartıcı tipdədir və yüksüz kütləsi 8100 kq, M.İ.H 16120 santimetr/kub, icazə verilmiş maksimal kütləsi 18000 kq-dir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X5 adına olan 42ZA229 dövlət qeydiyyat nişanlı, yarımqoşqu refrijerator (soyuducu) tiplidir və yüksüz kütləsi 9000 kq təşkil edir. 130172 nömrəli beynəlxalq qaimədən müəyyən olunur ki, Daşıyıcı şirkət M.İ SOUTHTRANS MMMC olmaqla 42CF115 dövlət qeydiyyat nişanlı avtomobil və onun 42ZA229 nömrəli qeydiyyat nişanlı yarımqoşqusu ilə Rusiya Federasiyasına Azərbaycan Respublikasından 16000 kq çəkidə feyxoa, 5000 kq çəkidə mandarin göndərilir. 316 nömrəli faktura qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 42CF115 dövlət qeydiyyat nişanlı avtomobil və onun 42ZA229 nömrəli qeydiyyat nişanlı yarımqoşqusu ilə Rusiya Federasiyasına Azərbaycan Respublikasından 16000 kq çəkidə feyxoa, 5000 kq çəkidə mandarin olmaqla ümumilikdə 21000 kq mal göndərilir. Tranzit bəyannaməsindən görünür ki, daşıyıcı "xxxx" MMC-nin nəznində Asif Fərzullayevin iştirakı ilə Azərbaycan Respublikasından FUEQO MMC tərəfindən Rusiya Federasiyasının AQRİNOVA MMC-yə 22500 kiloqram net çəkidə feyxoa və mandarin göndərilir və xx.xx.2025-ci il tarixdə malların buraxılmasına icazə verilmişdir. **********5592 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, göndərən gömrük orqanı Xudat gömrük postu, təyinat gömrük orqanı 01401 Xanoba gömrük postu, bəyannaməçi FUEQO MMC tərəfindən AMPER-M MMC-yə 1465 qablaşdırma (tara) sayında ümumi invoys dəyəri 12928,50 olan, 2025-X17 qida üçün yararlı qarışıq növlü-təzə X10 karton qutularda pink ledi ədədi 820 çəkisi 11420 kq, grenni smit ədədi 645 çəkisi 8470 kq, ümumilikdə yükün brutto çəkisi 22000 kq, net çəkisi 19890 kq yükləmə/boşaltma yeri Xaçmaz rayonu olan, daşıyıcı nəqliyyat vasitəsi t367bt05/am044805 eyniləşdirmə kodlu. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mal və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərin xəbərdar edilmələrinə dair bildirişindən müəyyən olunur ki:

1. Mal: Kodu: **********00671, Təyinat: Aparılan mallar, Malın adı: Feyxoa :Qarişiq Növlü- Təza,2025-X17,X16, Bağda Yetişdirilən,X10,Açiq Bazarda Satiş Üçün nəzərdə Tutulan, Plastik Yeşiklərdə: 1550 Ədəd- 16000 Kq. Çəkisi: 22550 kg. Yer sayr: 21000. Çatdırılma müddəti: 48 saat. Qaimǝ/BYD: - - 130172, İdxalatçı: Mmc "Aqrinova".,Təyinat GO: Xanoba g/p. Gömrük təminatı: AB0047888

2. Nəqliyyat vasitəsi: Kodu: **********00784, Markası: VOLVO , Dövlət nömrə nişanı: 42CF115. Çəkisi: 8100. Oxlarım sayr: 2. Şassi/bann no: YV2A4B5A3TB153234. Mənsub olduğu ölkə: Azərbaycan. Buraxılış ili: 1996, Ölkədə qalma müddəti: 0 - Kodu: **********00785. Markası:Dövlət nömrə nişanı: 42ZA229. Çəkisi: 9000. Oxların sayr: 3. Şassi/bann no: SDUVS3RUKXN500605, Mənsub olduğu ölkə: Azərbaycan. Buraxılış ili: 1999. Ölkədə qalma müddəti: 0

3. Mallara və N/V-ǝ dair səlahiyyətli şəxs: Asif Fərzullayev olmaqla xx.xx.2025 09:43:12 tarixdə Xudat g/p bildirişi təsdiqləmişdir. 312 nömrəli Rusiya FR X14 bəyannaməsində **********5592 sorğu nömrəli gömrük bəyannaməsindəki məlumatlar əks olunmaqla brutto çəki 16900 kq net çəki isə 16000 kq qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli tranzit bəyannaməsində yuxarıda göstərilən göndərən, daşıyıcı, yükalan barəsində məlumatlar eyniliklə əks olunmaqla göndərilən yükün brutto çəkisi 16900 kq təşkil etdiyi əks olunmuşdur. C801K539U nömrəylə təsdiq olunmuş 539 nömrəli Rusiya FR X14 qəbzindən görünür ki, ********** nömrəli yük üzrə brutto çəki 5150,000 kq təşkil edir. Foodcity Agrocomplex tərəfindən tərtib olunmuş 47236 nömrəli, xx.xx.2025-ci il 02:19 tarixli qəbzdən görünür ki, daşıyıcı nəqliyyat vasitəsi 42CF115 dövlət qeydiyyat nişanlı və onun qoşqusu 42ZA229 qeydiyyat nişanlıdır. Ümumilikdə, tək çəkimdə 39820 kq ağırlıq təşkil edir. 2-1 ox üzrə 5780 kq, 2-2 ox üzrə 8120 kq, 2-3 ox üzrə 6400 kq, 2-4 ox üzrə 6280 kq, 2-5 ox üzrə 5560 kq və ümumilikdə, ox üzrə çəki 32140 kq təşkil edir. Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin ******* nömrəli tək səfərlik icazə vərəqəsindən görünür ki, beynəlxalq avtomobil daşımalarının icazə verilən növü tranzit üzrə 42CF115 dövlət qeydiyyat nişanlı yük və onun qoşqusu 42ZA229 qeydiyyat nömrəlidir. 22500 kq çəkidə feyxoa yükboşaldılmasında ötrü xx.xx.2025-ci il tarixdə daşıyıcı Rusiya Federasiyasına daxil olmuşdur. Məhkəmə inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını və inzibati icraatın digər hallarını hərtərəfli, obyektiv araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında elektron qərar qanunvericiliyin müddəalarına uyğun tərtib olunmadığından ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-in 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Məhkəmə hazırki şikayət üzrə Azərbaycan Respublikası İXM-in 8, 12, 76 və 80-ci maddələrini təhlil edərək hesab edir ki, Baş X15 inzibati tənbeh vermə haqqında EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş X15 idarəsinə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs tərəfindən şikayətin verilməsi üçün əsas olmuş qərarların tərtib olunduğu tarixə VOLVO FH16 520 yük avtomobilinə dövlət nömrə nişanlarına uyğun olaraq yüklənmiş yükün çəkisi ilə inzibati tənbeh tətbiq etmə qərarların tarixləri və avtomobilin dövlət nömrə nişanları eynilik təşkil edir. Təqdim edilmiş sübutlar yükün avtombil və qoşqu ilə birgə ümumi çəkisi çəkisi 39820 kq təşkil edir. Tərtib edilmiş qərarlarda isə icazə verilən yükün həcmi 40000 kq təşil etməli olduğu halda bundan artıq təşkil etməmişdir. Göründüyü kimi səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamışdır. X1 adına İXM-nin 353.5-ci maddəsilə tənbeh qərarı tərtib olunmuş, yəni İXM-nin 353.2-ci maddəsində göstərilən inzibati xətanı bir (1) il ərzində təkrar törətməsinə görə, lakin hazırda məhkəmə tərəfindən X4 barəsində 06 noyabr 2025-ci il tarixdən bir (1) il ərzində İXM-ni 353.2-ci maddəsində göstərilən inzibati xətanı törədib-törətməməsini müəyyənləşdirmək mümkün olmamaqla səlahiyyətli orqan AR DİN BDYPİ tərəfindən bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə şikayət üzrə araşdırmanın aparılması üçün xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə Baş X15 idarəsinə iş üzrə video və fotogörüntüləri, ərazidə xəbərdaredici nişaların olmasını təsdiq edən məlumatları və digər sübutları təqdim etməklə bağlı müraciət olunmuş və səlahiyyətli orqana xx.xx.2025-ci il tarixdə poçt daşıma vasitəsilə bildiriş çatdırılsa da, məhkəmə bildirişinə hər hansı cavab verilməmiş, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və əlavə sübutları da təqdim etməyi zəruri bilməmişlər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni avtombillərdə olan yükün çəkisi mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

qərara aldı:

X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin EQ 31819508 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar