Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-825/2023 27.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X4 X5 inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər-rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin iş üzrə Lənkəran Rayon Məhkəməsinin 3(050)-1015/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 333.1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-52/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarına əsasən Lənkəran Rayon Məhkəməsinin (050)-1015/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, Rentecar etibarnaməsi ilə idarə etdiyi HYUNDAİ ELANTRA markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, Füzuli küçəsində hərəkətdə olarkən X8 əməkdaşları onu saxlamışlar. Sənədləri qaydasında olduğu yoxlandıqdan sonra ona alkotester vasitəsi ilə sərxoş olubolmamağı yoxlanılmışdır. Müayinə zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Bununla bağlı izahatda bir daha içki içməcəyini polis əməkdaşlarının dediyinə və bunun qarşılığında ona məsuliyyətdən azad edəcəyi vədini verdiyinə görə yazmışdır. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən getdikdən sonra dərhal Lənkəran Rayonlararası xəstəxanasına gedib yoxlanmış və onda sərxoşluq olmadığı müəyyən olunmuşdur. Buna görə də məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Lənkəran ŞRPŞ-nin DYPB-nin inspektoru X3 bildirdi ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs özü şəxsən izahat yazarkən sərxoş olduğunu bildirmişdir. Həmçinin alkotester vasitəsi ilə sərxoşluğu yoxlanılarkən də sərxoş olması müəyyən edilmişdir. Eləcə də, barəsində inzibati iş üzrə icraat aparılan şəxs sonradan video görüntü ilə müraciət edərək spirtli içki qəbul edib avtomobil idarə etdiytini etiraf edib bir daha spirtli içki içərək avtomobuil idarə etməyəcəyini bildirmişdir. Odur ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin məsuliyyətə cəlb edilərək cəzalandırılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, «HYUNDAİ ELANTRA minik» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Lənkəran şəhəri ərazisində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 333.1 və 329.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, saat 08:46-da tərtib edilmiş protokoldan görünür ki, müayinə zamanı Şəxs 0.351 % alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 154-35996-1222 nömrəli arayışdan görünür ki, Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi aktından görünür ki, xx.xx.2022-ci il tarixdə «HYUNDAİ ELANTRA minik» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-52/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 3(050)-1015/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 333.1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-52/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarına əsasən Lənkəran Rayon Məhkəməsinin (050)-1015/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdən müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs sonradan video görüntü ilə müraciət edərək spirtli içki qəbul edib avtomobil idarə etdiyini etiraf edib bir daha spirtli içki içərək avtomobuil idarə etməyəcəyini bildirmişdir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində «HYUNDAİ ELANTRA minik» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Bununla da, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253- 1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X8 İdarəsinin rəisi, onun müavinləri, Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X8 İdarəsinin rəisi, ərazi polis orqanlarının X8 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X8 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X8 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 329.1-ci maddəsi ilə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəllərinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Lənkəran Şəhər Rayon X4 X7 göndərilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-825/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-825/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver