Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-826/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu Kənarmeşə kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi bağ massivində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 07 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli 2(049)- 1514/2021 nömrəli icra vərəqəsinə görə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1514/2021 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay 280 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Asim qızına verilməlidir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından xx.xx.2023-cü il tarixdə onun şöbəyə məcburi gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Bununla əlaqədar borcluya tələbi təmin etməsi üçün təkrarən vaxt verilmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş, nəticədə bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. İcraat dövründə borclu tərəfindən məhkəmə qərarına əsasən tələbkarın xeyrinə ödənilməli olan hər aya görə 280 manat olmaqla 7 aylıq 1960 manat məbləğində aliment borcu yaranmışdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı və uzun müddət işsiz qaldığı ilə izah etmişdir. Həmçinin bildirmişdir ki, sözügedən məhkəmə qətnaməsi barədə bir il bundan əvvəl məlumatı olmuşdur, əvvəllər işlədiyi dövrdə aliment məbləği maaşından tutulmuşdir, lakin hazıradək artıq 7 aydır ki, aliment borcuna dair tələbkara heç bir ödəniş etməmişdir, polis tərəfindən ona xəbərdarlıq edildikdən sonra 07 mart 2023-cü il tarixdə polis tərəfindən Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində icra məmuru tərəfindən “borclunun axtarılması haqqında” 14 oktyabr 2022-ci il tarixdə qərar qəbul edilərək, qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbsinə həvalə edilmişdir və sözügedən qərar əsasında Şəxs xx.xx.2023-cü il tarixdə polis tərəfindən Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 280 manat təşkil etdiyi halda, bu gün üçün borc məbləği 1960 manat təşkil edir. Bu isə borclunun uzun müddət üzrə alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 mart 2023-cü il saat 17.10-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-826/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-826/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver