Məhkəmə qərarları › İş №3(049)-826/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-826/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-826/2024 19.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, xx.xx.2005-ci il tarixdə Lənkəran rayonu Havzava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 avqust 2024-cü il tarixdə, saat 17:00 radələrində «Opel Astra» mink markalı ** CE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarının tələbini pozaraq Lənkəran rayon İstisu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs idarə ediyi “Renaut Meqan” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə müxtəlif dərəcəli xəsarətlər almışdır. Nəqliyyat hadisəsi törətdiyinə görə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmişin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 HK-1/2408 saylı material üzrə 22 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmişin ifadəsi və iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs tələbə olmasını və ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalı, zərəçəkmiş şəxsə ona vurulmuş ziyan və zərələ bağlı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunmalıldır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan və zərərin ödənilməsi ilə bağlı mülki mübahisə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar