Məhkəmə qərarları › İş №3(049)-827/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-827/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-827/2024 18.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, protokol tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Lerik rayonu, doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333-1.1--ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru inspektoru polis serjantı X5 izahatında bildirdi ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs inzibati protokolda qeyd edilən inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməsi videogörüntü ilə də tam təsdiq olunur, həmin videogörüntü tərəfindən məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 02 sentyabr 20224-cü il tarixdə atasına məxsus VAZ 2107 minik marklı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Girdəni kəndində hərəkətdə olarkən YPX-nin əməkdaşlarının avtomobilin arxasınca gəldiyini görüb həyəcanlaraq avtomobili kəndin yollarına tərəf sürmüş, daha sonra isə avtomobili saxlayaraq oradan qaçmışdır. Polis əməkdaşı onun arxasınca gələrək onu saxlamış və polis şöbəsinə dəvət etmişlər. Onunla ünsiyyət zamanı danışıq və davranışında şübhə doğurduğu üçün onu Lənkəran Şəhər Narkoloji Xəstəxanasına aparmışlar müayinə zamanı onun sidiyində narkotik maddə olan marixuana istifadə olunması aşkar edilmişdir. Əməlindən peşmandır. Maddi vəziyyəti yaxşı olmadığı üçün barəsində cərimə tətbiq edilməməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 001175 saylı protokoldan görünür ki, X2 müayinə edilmiş, sidiyində kannabinoid narkotik sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 96/2-22400/24 nömrəli arayışdan görünür ki, Şəxs İXM-nin 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin mühafizə olunana duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X1 idarə etdiyi VAZ 2107 minik marklı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, BD426634 seriyalı sürücülük vəsiqəsi Şəxs məxsusudur. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tərəfindən İXM-nin 333.-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, protokol təırtib edən şəxsin izahatı və iş üzrə Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 001175 saylı protokolu ilə tam təsdiq edirlir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə VAZ 2107 minik marklı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etmişdir. Bununla da, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırma növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 333-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində barəsində 9 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar