Məhkəmə qərarları › İş №3(049)-827/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-827/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-827/2025 12.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X5 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndələri X4 və X6 iştirakları ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X5 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X5 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin səlahiyyətli şəxsi tərəfindən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsində və X5 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X9 protokolu müdafiə edib ona uyğun çıxış edərək X3 tərəfindən inzibati xətanın törədildiyini, Ruslan İsmayılovun özünün də bunu etiraf edərək izhat verdiyini, təqdim edilmiş fotoşəkillərdən əlavə hazırda təqdim etdikləri CD disk içərisində olan videogörüntülərlə də bu faktın tam sübuta yetirildiyini bildirdi. Yekun olaraq X3 barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış X3 iclasa gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddələrinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları: 13 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13 noyabr 2025-ci il tarixində Lənkəran çayın Kosalar kəndindən keçən hissəsində qazıntı işlərinin aparılmasına görə X3 barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 001044 saylı aktdan görünür ki, ADSEA yanında Suların İstifadəsində və X5 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsinin 12 noyabr 2025-ci il tarixli 38 nömrəli sərəncamına əsasən Lənkəran çayının Kosalar kəndindən keçən hissəsində çayın mühafizə monitorinq aparıldı. Monitorinq zamanı sahibkar X3 (VÖEN **********) tərəfindən eksvatorla Lənkəran çayının Kosalar kəndindən keçən hissəsindəki mühafizə zolağında qazıntı aparması halı aşkar olundu. Mühafizə zonası qazılaraq kamaz markalı yük avtomobilinə yüklənməsi və ərazidən daşınması aşkar edildi. Çayın mühafizə nzonasının icazəsiz qazılması Azərbaycan Respublikasının İXMnin 264.0.3-cü maddəsinə yəni su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməmək, maddəsinə əsasən inzibati xəta yaradır. Qazıntı işlərinin aparılmasının inzibati xəta törətməsi Ruslan İsmayılova izah edildi. Onun hüquq vəzifələri izah olundu. Qanun pozuntusu ilə bağlı Ruslan İsmayılovdan izahat alındı. Törədilmiş xəta ilə bağlı akt və protokol tərtib edildi və cavabdeh tərəfindən imzalandı. İş materiallarına əlavə edilmiş fotogörüntü və videogörüntülərdən görünür ki, çay sahilində bir ədəd ekskovator qazıntı işləri apararaq materialları Kamaz markalı yük avtomobilinə yükləyir. İş materiallarına əlavə edilmiş X1 izahatından görünür ki, o Lənkəran çayının Lənkəran rayonun Kosalar kəndindən keçən hissəsində mühafizə zolağında icazəsiz qazıntı işləri apardığını etiraf etmişdir. Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması nəticəsində X7 oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş X2 inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar