Məhkəmə qərarları › İş №3(049)-83/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-83/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-83/2024 22.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X5 Lənkəran Şəhər İcra Hakimiyyət başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət nəzərdən keçirib, müəyyən etdi: X1 Şəhər İcra Hakimiyyət başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəməyə baxılması üçün təqdim edilən şikayət ərizəsindən Lənkəran Şəhər İcra Hakimiyyət başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən nə vaxt əldə edilməsi müəyyən deyildir və şikayət verən şəxs buna dair hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. İş matertiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyət başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, qərardan on gün müddətinə şikayət verilə bilməsi göstərilmişdir. Lakin həmin müddətin nə zamandan başlaması məhkəmə üçün müəyyən deyil. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Eyni zamanda, məhkəmə qeyd edir ki, İXM-nin 130.2-ci maddəsinin tələbi baxımından qeyd olunan qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası məsələsinə də həmin oqan tərəfindən baxılaraq müvafiq qərar qəbul olunmalıdır. Məhkəmə göstərilənləri və İXM-nin 109-cu maddəsinin tələblərini rəhbər tutub qərar verdi: Lənkəran Şəhər İcra Hakimiyyət başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət X3 geri qaytarılsın. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar