Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-830/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə bir azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəıti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1609/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, tələbkarla ayrıldıqdan sonra yenidən ailə qurub və hazırda üç övladı var. Özünü təqsirli bilmir və məhkəmə qətnaməsi ilə qət edilmiş pulu ödəmək fikri yoxdur. Çünki, ** MK *** dövlət qeydiyyat nişanlı maşının tələbkar Zərərçəkmiş şəxs heç bir aidiyyatı yoxdur. Həmin avtomobil onların birgə mülkiyyətləri dövründə alınmamışdır. Hesab edir ki, tələbkar Apellyasiya Məhkəməsində rüşvət verərək Lənkəran rayon məhkəməsinin onun xeyrinə olan qətnaməsini ləğv etdirməyi bacarmışdır. Hazırda özünün cəmi bir maşını var və həmin maşınla pul qazanıb övladlarını dolandırır. Məhkəmədən barəsində aparılan icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati protokolu tərtib edən icra məmuru protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, borclunun avtomobilinə həbs qoyulsa da, borclu maşını icra şöbəsinə təhvil vermir. Bununla bağlı polisə müraciət etsələr də, polis onlara avtomobili saxlamaqla bağlı bu günə qədər məlumat verməmişdir. Hazırda borclunun icra sənədi üzrə borcu 15000 manat təşkil edir. Borcluya veriləcək tənbeh növünün müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1609/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs adına olan X8 111 CDİ Yük markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ikidə bir hissəsinin, yəni 15000 manat pulun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilib. İcraata başlamaq haqqında xx.xx.2004-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1609/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İcra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokolun surətindən görünür ki, məhkəmənin 2(049)-1609/2024 saylı qətnaməsini icra etməkdən yayındığı üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Şəxs Lənkəran rayon İcra və probasiya şöbəsinə verdiyi izahatından görünür ki, o, heç bir ödəniş etməmiş və onun tələbkara pul ödəmək fikiri yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokol və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişlərdən göründüyü kimi, borclu dəfələrlə icra şöbəsinə çağırılmış və İcra şöbəsində aparılan izahat zamanı borcluya 15000 manat məbləğində borcu olduğu izah edilmişdir. lakin borclu borcunu ödəməkdən imtina etmişdir. Borclunun icra sənədinin tələblərini yerinə yetirməməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 17 noyabr 2025-ci il tarix, saat 16.20-dan hesablansın. Həbsin sonu 02 dekabr 2025-ci il tarix, 16:20 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-830/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-830/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver