Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-831/2025 18.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim : Lənkəran Rayon Məhkəməsinə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon polis İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokolu nəzərdən keçirərərək hesab edirəm ki, həmin protokol onu tərtib etmiş idarəyə geri qaytarılmalıdır. Belə ki, qeyd olunan protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 100.1.3 və 100.1.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Qeyd olunan İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Lakin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmişdir. İXM-nin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Lakin protokolda Şəxs izahatı göstərilməmişdir. Beləliklə protokol İXM-nin tələblərinə müvafiq olaraq düzgün tərtib edilmədiyindən və işə baxılarkən tamamlamaq mümkün olmadığından DİN Bakı şəhəri Yasamal rayon polis İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon polis İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş DİN Bakı şəhəri Yasamal rayon polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilmir. X3
Məhkəmə qərarları › İş №3(049)-831/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-831/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver