Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-832/2024 20.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, protokol tərtib edən orqanın nümayəndəsi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X1 iştirak ilə Hüquqi ünvanı: Lənkəran rayonu, Türkəkəran kəndi olan (VÖEN: **********) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 02 sentyabr 2024-cü il tarixli, MN seriyalı 17611377 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Lənkəran rayon, Kərgəlan kənd ərzisində keçirilən monitorinq zamanı mülkiyyəində olan kənd təsərüfat təyinatlı torpaq sahəsində mişar daşından təqribən 480 m2 yarımçıq tikili inşa olunduğu aşkar edilmişdir. Bununla da, Şəxs MMC İXM-nin 247.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi 10 sentyabr 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilməklə məlumat verilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə rəsmi məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında inzibati xə\ta haqqında protokolda göstərilənləri təsdiq edib barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış, xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Lənkəran rayonu Kərgəlan kəndi ərazisində monitorinq zamanı sözügdən ərazidə Şəxs MMC (VÖEN:**********) tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 22 avqust 2024-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Kərgəlan kəndində 2.2667 kənd təsərrüfatı təyinatlı topaq sahəsi mülkiyyət Kral-S Fermer” MMC-yə məxsusudur İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış fotoşəkillərdən görünür ki, həmin ərazidə yarımtikili aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqannın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 247.2-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 247.2-ci maddəsinə əsasən Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə- fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-832/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-832/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver