Məhkəmə qərarları › İş №3(049)-833/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-833/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-833/2023 17.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X11, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Qida X4 regional bölməsinin nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikası Qida X4 Regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X14 tərəfindən verilmiş şikayətə 05 may 2023-cü il tarixdə Lənkəran şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida X4 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə edilmişdir. X14 həmin qərardan şikayət verərək şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 fevral 2023-cü il tarixli MN №0005250 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərindən irəli gələn normaların pozulması ilə qəbul edilmişdir. Həmin qərarın əsassız olması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi və ya ümumiyyətlə olamaması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və işin hallarının səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmaması sübuta yetirilir. Bu səbəbdən də 03 fevral 2023cü il tarixli MN №0005250 nömrəli qərarı ləğv edilməli və həmin iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X15 Rusiyadan ölkəmyə idxal etdiyi toxumluq kartof məhsullarından götürdüyü nümunələrin nəticələrini elan etmədən, nümayəndəsinə məcburən ərizə yazdıraraq onların məhv edilməsini tələb etmişdir. Bunun əsasında X7 Bölməsi tərəfindən 30 dekabr 2022-ci il tarixli İD **********- 264-333-334-362-363-364-366 saylı qərarı qəbul edilir. Daha sonra onu inzibati binalarına çağıraraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Nümayəndəsinin iştirakı ilə tərtib edilmiş protokolda ona etiraz edildiyi, toxumluq kartof məhsulunun idxal üçün qanunvericilikdə hər hansı bir sertifikatın verilməsinin nəzərdə tutulmadığı və bunun tələb olunmasının əsassız olduğu bir daha bildirilmişdir. Bundan başqa, iş üzrə nümayəndəsi tərəfindən yazılmış 26 yanvar 2023-cü il tarixli izahata əsasən, Rusiyadan idxal etdiyi toxumluq kartof məhsulları X10 prosedurları ləngitməsi ucbatından yararsız hala düşmüş, çürümüş və bu səbəbdən basdırılmışdır. Buna görə də X10 30 dekabr 2022ci il tarixli İD **********-264-333-334-362-363-364-366 saylı qərarının icrası mümkün olmamışdır. Yəni həmin qərarların icrası üçün lazım olan məhsullar basdırılmış və artıq mövcud olmamışdır ki, o, onları məhv etsinş Belə bir tələbin dövlət orqanı tərəfindən sahibkarın üzərinə öhdəlik kimi qoyulması həm məntiqsiz, həm qeyri-qanuni, həm də qeyri-mümkün olması səbəbindən absurd və əsassızdır. İnzibati icraat haqqında Qanunun 64.4-cü maddinə görə, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Eyni Qanunun 65.1.5-ci maddəsinə görə, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Qanunun 65.2-ci maddəsinə isə deyilir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Dövlət qurumuna bunu açıq aşkar izahatda və digər sənədlərdə, o cümlədən inzibati xəta protokolunda göstərdiyi halda X10 bunu nəzərə almaması tamamilə qanunsuz və qərəzli şəkildə qurumun sahibkarlara cərimə yazaraq həvəsinin hansı həddə olduğunu göstərir. Belə ki, X15 22 dekabr 2022-ci il tarixində Cəlilabad rayonu, Göytəpə şəhəri, Ələt- Astara şossesi ünvanında fəaliyyət göstərən anbarda yoxlama aparmışdır. Aparılan yoxlama zamanı Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi ölkəyə idxal etdiyi toxumluq kartof məhsullarının standartların, digər normativ sənədlərin tələblərinin pozulması ilə satılması faktını aşkar etdiyini bildirmişdir. Hətta bununla əlaqədar barəsində MN №1261104, MN №1261105 və MN№ ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və 29 dekabr 2022-ci il tarixli MN №1128469 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tamamilə qanunsuz və hüquqi prosedurlara əməl etmədən, hətta səlahiyyəti xaricində əməlləri icra edir. Əvvəla toxumluq kartof məhsullarına nəzarət ümumiyyətlə X5 səlahiyyətlərinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə” nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi toxumçuluq sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumdur. Hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 iyun tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fıtosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısının 3-cü bölməsi “3. Sanitar nəzarətinə aid malların siyahısı” nda 3.14-cü bəndinə görə, toxumluq və yem məqsədləri üçün istisna olmaqla, təzə və ya soyudulmuş kartof sanitar nəzarətinə aid mal hesab olunur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X1suz olaraq digər bir dövlət qurumunun səlahiyyətlərinə müdaxilə edərək yoxlama səlahiyyəti olmadığı bir məhsulu yoxlamaya cəlb etmişdir. X3 anbarına gəlib qanunsuz yoxlama aparma səlahiyyətinə malik olmamışdır. Çünki, bu məsələlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qidanın işçiləri həmin qanunun tələblərini pozaraq anbarda yoxlama aparmışlar. Çünki onların nə yoxlama aparılması haqqında qərarı, nə reyestrdən çıxarışı və də hər hansı bir şikayət olmadığı halda bu tipli prosedurları icra etmələri Qanunun tələblərini kobud surətdə pozur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Ümumiyyətlə Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi hansı əsaslarla gəlib onun məhsullarımdan nümunə götürür və ya yoxlayır onu belə deməkdən çəkinirlər. Çünki səlahiyyətlərinin olmadığı bir kənara qalsın, toxumluq kartof məhsullarımın idxalı üçün icazə verdiyi halda ondan hansı əsasla yeyinti məhsulları üçün sertifikat tələb edirlər. Toxumluq kartof - toxumdur, yeyinti məhsulu deyil. Yəni qida təhlükəsizliyi nəzarətinə aid deyil. Ondan idxal olunan toxumçuluq məhsullarına qanunvericiliyin tələblərindən kənar olaraq yeyinti, fıtosanitar sertifikatları və idxal karantin icazəsi istənilmişdir. Ümumiyyətlə toxumçuluq məhsullarına bu sənədlərin verilməsi üçün qanunvericilikdə bir tələbin olmaması bir kənara, idxal karantin icazəsinin verilməsi halları və şərtləri “Fitosanitar nəzarəti haqqında” qanunun 10-cu maddəsindən və bununla da əlaqədar Nazirlər Kabineinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli Qərarından çıxarılmışdır. Yəni ləğv edilmişdir. Sadalanları nəzərə alaraq məhgkəmədən Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 fevral 2023-cü il tarixli MN №0005250 nömrəli qərarını ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 3(049)-833/2023 nömrəli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Qida X4 Regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Qida X4 – Astara Regional bölməsi apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Qida X4 Regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 3(106)-214/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 05 may 2023cü il tarixli, 3(049)-833/2023 nömrəli qərarı ləğv edilmiş, X9 Azərbaycan Respublikası Qida X4 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilməmiş, X2 orqanın inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə müraciət etmək hüququ izah edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 3(049)-833/2023 nömrəli qərardadı ilə X9 Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 fevral 2023-cü il tarixli MN №0005250 nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Şikayət verən şəxs X9 nümayəndəsi Vəkil məhkəməyə yazılı vəsatətlə müraciət edərək X14 barəsində Azərbaycan Reespublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin nümayəndəsi X13 izahatında göstərdi ki, orqan tərəfindən vətəndaşa inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yəni inzibati xətanın törədilməsindən 4 ay keçdikdən sonra deyil, 9 gün keçdikdən sonra vətəndaşa inzibati tənbeh verilmişdir.Yəni inzibati tənbeh tədbiri vaxtında verilmiş, müddətin 4 aydan artıq uzanmasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqəsi yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, işə üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. İşdə olan Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, sahibkar X12 məxsus Cəlilabad rayonu, Göytəpə şəhəri, Ələt-Astara şossesi ünvanında yerləşən anbarda saxlanılan toxumluq kartof məhsulu xx.xx.2023-cü il tarixədək geri çağırılması və bu barədə bölməyə məlumat verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 03 fevral 2023-cü il tarixli, MN 000520 nömrəli qərarından görünür ki, X14 İXM-nin 544.2-ci maddəsi ilə inzibati xətanı törətmişdir ona görə o, 30 dekabr 2022-ci il tarixli qərarında göstərilən tədbirləri icra etməmişdir. İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X9 barəsində inzibati tənbeh tədbiri 03 fevral 2023-cü il tarixdə tətbiq edilsə də, həmin qərar hazırkı vaxtadək qanuni qüvvəyə minməmişdir. Belə ki, yuxarıda şərh olunan məhkəmə qərarlarından da aydın olur ki, X14 barəsində olan inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə 03 fevral 2023-cü il tarixli qərardan şikayət vermişdir. Həmin şikayətə dair hazırda məhkəmə araşdırması getdiyindən həmin qərar, yəni 03 fevral 2023-cü il tarixli qərar hazırda qüvvədə deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. X9 inzibati xətanı törətməsinin 03 fevral 2023-cü il tarixdə müəyyən edilməsini, həmin tarixdən 4 aydan artıq, təxminən 6 ay müddət keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nin 38.1-ci maddəsi tətbiq edilməli və iş üzrə icraata xitam verilməldir. Belə ki, İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar