Məhkəmə qərarları › İş №3(049)-833/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-833/2025

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-833/2025 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin nümayəndələri Nümayəndə və X4 və barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evinin sahibi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran rayon məhkəməsinə Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evinin sahibi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Lənkəran şəhəri, X9 yanında yerləşən «Köz dönər» evinin sahibi Şəxs istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamış, həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməmişdir. Bununla da, Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evinin sahibi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, planlı yoxlama ilə əlaqədar əvvəlcədən «Köz dönər» evinin sahibi Şəxs məlumatlandırılmış, bu barədə ona xx.xx.2025-ci il tarixdə rəısmi məktub göndərilmiş, yoxlamanın xx.xx.2025-ci il tarixdə keçiriləcəyi bildirlmişdir. xx.xx.2025-ci il tarixdə «Köz dönər» evinin sahibi Şəxs ilə görüşdükdə, sonuncu bildirmişdir ki, o, həmin obyekti sahibi deyil, işçisidir, həmin obyekt şəhid atasına məxsusdur. Buna görə də, onlar uniformalarını geyinib «Köz dönər» evində sadəcə monitoring aparıb çıxmış, bundan sonra Vergilər İdarəsinə müraciət etdikdən sonra bilmişlər ki, Şəxs onları aldatmış və sonuncu məhz «Köz dönər» evinin sahibidir. Bundan sonra yoxlamanın təşkili ilə bağlı onunla bir neçə dəfə əlaqə saxlasalar da, sonuncu min bir bəhanə gətirərək həmin yoxlamanın aparılmasına mane olmuş və bu faktlar məhkəməyə təıqdim etdikləri dusklərdə də öz əksini tapmışdır. Hətta onların monitoringindən sonra Şəxs Vergilər İdarəsində aktiv olan VÖEN-inini bağlamışdır. Bundan sonra ona onun həmin obyektik sabibi olduğunu bildirib bir daha yoxlamanı, bunun üçün nəzərdə tutlmuş sonuncu gün, xx.xx.2025-ci il tarixdə keçirəcəklərini bildirmiş, həmin gün də Şəxs yoxlamanın aparılması üçün şərait yaratmamışdır. Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin digər nümayəndəsi X4 da Nümayəndə izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxs özünü İXM-nin 544.1-ci maddəsi ilə təqsirli bilməyib göstərmişdir ki, hazırda işlədiyi obyektin adı “Köz dönər” deyil. Həmin adda obyekt ona əvvələr məxsus olmuş, lakin həmin obyekt artıq mövcud deyildir. Hazırda işlədiyi obyekt ona deyil, şəhid atasına məxsusdur. Bunu xx.xx.2025-ci il tarixdə şəhid atası özü Qida X1 Regional Bölməsinin nümayəndələrinə etiraf etmişdir. Əlvə olaraq bildirmişdir ki, Qida X1 Regional Bölməsinin nümayəndələri obyektə gəldikdən sonra bağladığı VÖEN-inin əvvəllər sosial yardım almaq məqsədilə açmışdır. O, şəhid atasının qeyd olunan obyektində işləsə də, orada işləməsi barədə əmək müqaviləsi yoxdur. xx.xx.2025-ci il tarixdə o, həkim yanında olmuş və Qida X1 Regional Bölməsinin nümayəndələrinə obyekdə gəldiyini bildirmişdir. O, onlara obyektdə yoxlama parmağa şərit yaratmış, onlara maneçilik törətməmişdir. Sadəcə onlara imza etmək səlahiyyətinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin xx.xx.2025 il tarixli LARB-25/0259 №-li Yoxlama aparılması barədə qərarının surətindən görünür ki, Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin xx.xx.2025 il tarixli KY252421358№-li “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, yoxlayıcı orqan kimi Azərbaycan Respublikasının X2, yoxlanılan sahibkar kimi Şəxs, yoxlamanın müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yoxlamanın obyekti Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evi olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evində planlı yoxlama aparılması barədə xx.xx.2025 il tarixli LARB-25/0259 №-li qərarın icrası ilə əlaqədar «Köz dönər» evində olmuşlar, lakin xəbərdarlıq olunmasına baxmayaraq səlahiyyətli * nümayəndə və yoxlanılacaq sahibkar iştirak etmədiyindən yoxlamanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evinin sahibi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin xx.xx.2025 il tarixli LARB-25/0259 №-li Yoxlama aparılması barədə qərarına əsasən Lənkəran şəhəri, X6 yanında yerləşən «Köz dönər» evində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı yoxlama aparılması qərara alınmışdır. Lakin onun sahibi və ya səlahiyyətli nümayəndəsi həmin tarixdə yoxlama aparmaq üçün şərait yaratmadığına görə yoxlamanın aparılması mümkün olmamışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin əməkdaşları xx.xx.2025 il tarixli LARB-25/0259 №-li qərarın icrası ilə əlaqədar «Köz dönər» evində olmuşlar, lakin xəbərdarlıq olunmasına baxmayaraq səlahiyyətli * nümayəndə və yoxlanılacaq sahibkar iştirak etmədiyindən yoxlamanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Şəxs həmin obyektin ona məxsus olmamasına dair sübutunu məhkəməyə təqdim edəcəyini bildirib dəfələrlə məhkəmə iclasını təxirə salınmasını xahiş etmiş, məhkəmə həmin sübutların təqdim edilməsi üçün ona şərait yaratsa da, o, qeyd olunan sübutunu məhkəməyə təqdim edə bilməmiş, nə səbəbdən məhz yoxlayıcıların yoxlmağa gəldikləri xx.xx.2025-ci il tarixdə VÖEN-ini bağladığına dair sualı cavablandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin dispozisiyasına görə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsi və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozsiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bun görə də Şəxs vəzifəli şəxs hesab olunur. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hal onun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsidir. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 544-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və onun törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən şərti tətbiq edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 01 (bir) ay müddət müəyyən edilsin. Şəxs tərəfindən hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu ona izah edilsin. Şəxs hüquqpozmanın aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar