Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-834/2023 29.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, X2 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən X2 Təsərrüfatı Mərkəzi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Lənkəran Şəhər Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tələbini pozmuş X2 Təsərrüfatı Mərkəzinə məxsus avtomaşının üzərinə tərtib edilmiş İXP ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, X2 Təsərrüfatı Mərkəzi, mülkiyyətində və ya istifadəsində olan UAZ 31514 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında hüquqi şəxs X2 Təsərrüfatı Mərkəzinin nümayəndəsi, nəqliyyat vasitəsinin həmin mərkəzin mülkiyyətində və ya istifadəsində olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarını tədqiq edərək protokolda qeyd olunan UAZ 31514 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X2 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olduğu və mərkəzin qeyd olunan inzibati xətanı törətməkdə təqsirinin tam sübuta yetirildiyi qənaətinə gəlmişdir. Belə ki, elektron daşıyıcılardan çıxarılmış çıxarışdan görünür ki, UAZ 31514 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 Təsərrüfatı Mərkəzinin mülkiyyətindədir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməli olduğunu hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X2 Təsərrüfatı Mərkəzinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Təsərrüfatı Mərkəzi-yə qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs X2 Təsərrüfatı Mərkəzi-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası tətbiq edilməlidir. Göstərilənlərə və İXM-nin 40, 43, 48-51, 114, 129-131-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALİR: Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs X2 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(049)-834/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-834/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver