Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-839/2024 02.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, protokol tərtib edən orqanın nümayəndəsi: Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin mütəxəssisi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024 cü il tarixdə, saat 14:09 radələrində YPX-nın Xİ-tağım ərazisində "xxxx" MMC-yə məxsus “İSUZU” yük markalı, **-MH-*** dövlət qeydiyyat nömrəli avtomaşınla reysqabağı texniki və sürücüsünü tibbi müayinəsi olmamasına görə "xxxx" MMC barəsində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-cı maddəsi ilə inzibati xəta haqqında 09 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqan nümayəndəsi Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin mütəxəssisi X3 izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasınən yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron ərizə göndərərk qeyd etmişdir ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerlşən inzibati ərazisində mövcud qarajlardan nəqliyyat vasitələri hər gün reysqabağı tam yoxlandıqdan sonra buraxılır və bununla bağlı yol vərəqəsi və müvafiq yoxlamaya dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada “X4”dan müvafiq qeydlər aparılır.90MH574 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X8 reysqabağı müayinədən keçmiş və bununla bağlı müvafiq sənədləşmə aparılmış, həmin sənədlər şirkətin inzibati binasında mövcud olsa da, sürücü tərəfindən götürülmədiyindən protokol tərtib edən əməkdaşlara təqdim edilmişdir. Bununa bağlı bildirir ki, qanunvericilik bu hal üzrə inzibati xəta hadisəsinin mövcudluğunu reysqabağı yoxlamanın təşkil edilməsi ilə müəyyən etmişdir. Sənədin sürücüdə olmaması təşkil edilməmə anlamına gəlmir. Bu hal üzrə MMC qanunvericilikə üzərinə düşən bütün mümkün tədbirləri həyata keçirmişdir. İş materaiallarına əlavə edilmiş bildirişdən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Lənkəran regional idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri ərazisində keçirilən monitorinq zamanı "xxxx" MMC-yə məxsus “İSUZU” yük markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki və sürücünün tibbi müayinəsinin olmamasına görə cəmiyyətin barəsində İnzibati Xətalar Məcəlləsinin 326- cı maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinə göndərilməsi barədə məlumat verilmişdir. İş materaiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin mütəxəssisi X3 tərəfindən xx.xx.2024-cü il tarixində, saat 09.26 radələrində Lənkəran şəhər ərazisində aparılan monitorinq zamanı YPX-nın Xİ tağım ərazisndə yerləşən "xxxx" MMC-yə məxsus “İSUZU” yük markalı **-MH- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin reysqabağı texniki və sürücünün Reysqabağı tibbi müayinədən keçməməsi müəyyən edildi və bu barədə İXM-nin 326-cı maddəsinə əsasən “Protokol” tərtib edilmişdir. İş materaiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, “İSUZU” yük markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş videodiskdə olan görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “İSUZU” yük markalı, **-MH-*** dövlət qeydiyyat nömrəli avtomaşına və həmin avtomobilin sürücüsü X6 xx.xx.2024 cü il tarixdə, saat 14:09 radələrində reysqabağı texniki və sürücüsünü tibbi müayinəsi olmadığı Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin tərəfindən müəyyən olunur və avtomobilin yük yerinə baxış keçirilməklə sürücüyə bildirildikdən sonra avtomobil YPX-nın Xİ-tağım ərazisini tərk edir. Məhkəmə, yuxarıda şərh olunan sənədləri tədqiq edib belə nıticəyə gəlir ki, KOROĞLU MMC-nin İXM-in 326-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Belə ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli, 71 nömrəli Qərarından aşağıdakılar görünür: 2.1. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. 2.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 3.1. Reysqabağı tibbi müayinənin əsas məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. 3.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. 3.5. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. 3.6. Reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. 3.7. Sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır: 3.7.1. müayinənin ixtisaslı tibb işçiləri tərəfindən müvafiq tibbi avadanlıqlardan istifadə edilməklə aparılmasına; 3.7.2. istifadə olunan tibbi avadanlıqların istifadəyə yararlı və müəyyən olunmuş standartlara uyğun olmasına. 3.8. Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı müvafiq qaydada xüsusi jurnalda aparılır. 3.9. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. 3.10. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. İXM-nin 326-cı maddəsində sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyət yaranması üçün ilk olaraq sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin, habelə sürücülərin reysqabağı fəaliyyətdə olması müəyyyən edilməlidir. Yəni, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya sahibi və sürücüdən yalnız o halda resyqabağı müvafiq icazə snədləri, fərqlənmə nişanları, buraxılış vərəqləri, buraxılış kartı və s. o zaman tələb edilə bilər ki, o, bilavasitə həmin işi ilə bağlı reysdən qabaq fəaliyyətlə məşğul olmuş olsun. Hazırkı işdə də “İSUZU” yük markalı **-MH-*** dövlət qeydiyyat nömrəli avtomobil və sürücüsünün reysqabağı fəaliyyətdə olmasına dair məhkəməyə videodisk, habelə buraxılış kartları təqdim edilmişdir. Göstərilən əsaslara görə məhkəmə hesab edir ki, "xxxx" MMC- İXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 326-cı maddəsinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında KOROĞLU MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən KOROĞLU MMC barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq İXM-in 326-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-839/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-839/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver