Məhkəmə qərarları › İş №3(049)-84/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-84/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-84/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X10, Azərbaycan Respublikasının X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin vəzifəli şəxsinin 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi vəzifəsini icra edən Xalid Ələkbərlinin 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 477.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. X11 tərəfindən həmin qərardan verilmiş şikayət əsasında işə Azərbaycan Respublikasının X6ndə xx.xx.2022-ci il tarixdə işə yenidən baxılaraq, 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X11 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Şikayətində göstərilənlərdən başqa bildirmişdir ki, o, Lənkəran Dövlət Universitetində Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsində işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyindən Universitetdə Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfindən keçiriləcək yoxlamaya köməklik göstərilməsi haqqında universitetə məktub daxil olmuşdu və həmin məktuba əsasən, qeyd edilən dövlət qurumunun əməkdaşlarına müvafiq yoxlamanı keçirilmələri barədə universitet rəhbərliyi tərəfindən şərait yaradılmışdır. Sözügedən yoxlamanın keçirildiyi kafe Lənkəran Dövlət Universitetinin ərazisində yerləşməsinə baxmayaraq həmin kafe Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Kamran Ələskərzadəyə icarəyə verilmişdir, həmin obyekt Kamran Ələskərzadə tərəfindən işlədilir və universitetin prorektoru olmasına baxmayaraq onun həmin kafenin işlədilməsində heç bir rolu və məsuliyyəti yoxdur. Təhsil Nazirliyinin müvafiq məktubu əsasında universitetdə yoxlama aparmalarına şərait yaradılması məqsədilə X4 nümayəndələri ilə görüşmüşdür və onlara bu barədə müvafiq şərait yaratmışdır. Yoxlama zamanı və qərarın qəbul edilməsi zamanı o, sözügedən qurumun əməkdaşlarına kafenin işlədilməsinin ona heç bir aidiyyəti olmadığını, həmin kafenin Kamran Ələskərzadə adlı şəxsə icarəyə verildiyini və aşkar olunan pozuntuya dair onun məsuliyyət daşıdığını bildirmişdir. Lakin buna baxmayaraq cərimə onun barəsində tətbiq edilmişdir. Göstərilənlərə əsasən şikayətinin tam təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının X4 nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, X6 tərəfindən Lənkəran Dövlət Universitetində yoxlamanın keçirilməsinə şərait yaradılması üçün Təhsil Nazirliyinə müraciət edilmişdir. Bundan sonra universitetdə yoxlama keçirilərək yoxlamanın nəticələri ilə əlaqədar nöqsanların aşkar edilməsi haqqında müvafiq akt tərtib edilmiş və Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi vəzifəsini icra edən Xalid Ələkbərlinin xx.xx.2022-ci il tarixli qərarı əsasında inzibati icraat başlanmışdır. xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* saylı protokol tərtib edilmiş və keçirilmiş sözügedən yoxlama zamanı özünü universitetin səlahiyyətli şəxsi kimi təqdim edən Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsində işləyən X11 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İXM-nin 477.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. X3 yoxlama zamanı özünü universitetin səlahiyyətli şəxsi kimi təqdim etdiyi üçün inzibati tənbeh onun barəsində tətbiq edilmişdir. Yoxlama zamanı və sözügedən inzibati xəta haqqında iş üzrə inzibati tənbehetmə haqında qərar qəbul edilənədək Lənkəran Dödlət Universitetində yerləşən qida blokunun Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Kamran Ələskərzadəyə icarəyə verilməsi barədə Qida X1 Regional Bölməsində məlumat olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin vəzifəli şəxsinin 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, iİnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 447.0.3 maddəsi bu məzmundadır: “standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, X10 əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi vəzifəsini icra edən Xalid Ələkbərlinin 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 477.0.3cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının X4 “İnzibati tənbeh vermə haqında Qərarın qüvvədə saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli 1228446/1 saylı qərarı ilə 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qüvvədə saxlanılmışdır. Azərbayca Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X2 (VÖEN: **********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2826 saylı icarə müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 186 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 149,7 kv.m. təşkil edən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universitetinin balansında olan qeyri yaşayış sahəsi xidmət məqsədilə X5 icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək “İcarəyəverənin hüquq və vəzifələrinə aid edilmişdir. Şikayətə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir ki, sözügedən inzibati xəta haqqında icraat aparılarkən aparılmış yoxlama zamanı aşkar edilmiş nöqsanlara dair inzibati xətanı AR İXM-nin 75.0.3 maddəsinin tələbinə əsasən məhz X10 törətməkdə təqsiri sübuta yetirilməmiş, bu barədə tərtib edilmiş qərarlarda əsaslandırılmamış və iş materiallarına sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən «hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunsun. Əİiyev Azər Aydın oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi vəzifəsini icra edən Xalid Ələkbərlinin 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar