Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-840/2023 17.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi - Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1, 332.1 və 333.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində «VAZ 21150» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bir il ərzində təkrarən sərxoş halda idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 329.1, 332.1 və 333.2-ci maddələri ilə ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, etdiyi əməlindən peşmandır və gələcəkdə bu cür inzibati xətalara yol verməyəcəkdir. Barəsində aşağı həddə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi - Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində YPX inspektorları Tural Salayev və Afiq Qurbanovla birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilində xidmət olarkən «VAZ 21150» minik markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsi ilə yardımçı yoldan asfalt örtüklü yola doğru hərəkətdə olduğunu müşahidə etdikləri üçün, həmin nəqliyyat vasitəsinə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra sürücü Şəxs hərəkətləri onlarda şübhə doğurduğundan onu həkim müayinəsindən keçmək üçün Lənkəran şəhər Narkoloji Xəstəxanasına dəvət etmişlər. Tibbi müayinə zamanı Şəxs narkotik vasitə aşkar edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 14 mart 2023cü il tarixli 000657 №-li aktından görünür ki, Şəxs sidiyində kannabionid (xəşiş mariuxana) aşkar edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törətmişdir. İş materiallarında olan DYP-nin WEB portalından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli qərarla Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq eidlmişdir. İş materiallarında olan müvafiq maddi daşıyıcıda əksini tapmış videogörüntülərdən müəyyən edilir ki, Şəxs “VAZ 21150” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yardımçı yoldan asfalt örtüklü yola doğru hərəkətdə olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində «VAZ 21150» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bir il ərzində təkrarən narkotik sərxoşluğu halında idarə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.2, 2.7 və 3.1-ci maddələrinə əsasən «Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir», «Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir», «Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs törətmiş olduğu əməldən səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 33.3-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunan Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun yaşını, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şəxs cərimə tənbeh tədbirinin tətbiqi hissəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə, onun sürücülük hüququnun məhdudlaşdırılması hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Lənkəran Regional Qeydiyyat-İmtahan və X2 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-840/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-840/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver