Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-841/2023 15.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şah MMC-də mühafizəçi işləyən, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 mart 2023-cü il tarixdə, saat 18:30 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində küçədə ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 14 mart 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə işlədiyi «Şah» şadlıq sarayından çıxaraq, Gərmətük qəsəbəsinə tərəf piyada gedərkən polis əməkdaşları ona yaxınlaşmış, oğurluq cinayətində adı keçdiyini üçün onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getməkdən imtina etmiş, onun adını verənlərin barəsində nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları nalayiq sözlər işlətməməsini ona bildirsələr də, o söyüşlər söyməyə davam etmişdir. Özünü təqsirli bilir, törətdiyi əməldən peşimandır. Səhvini başa düşür və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:30 radələrində Lənkəran ŞRPŞ-nin, CAB-ın baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1lə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində xidmət apararkən oğurluq hadisəsini törətməkdə şübhəli olan Şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra məlum hadisə ilə bağlı izahat verməkdən ötrü Polis Şöbəsinə dəvət etdilər. Şəxs polis şöbəsinə gəməkdən imtina edərək ucadan ünvansız nalayiq ifadələr işlətməyə başladı. Onlar onu nizam intizama dəvət etsələrdə o öz qanunsuz hərəkətlərini davam etdirib. Onlar qanuni tələblərə tabe olmayaraq onlara qarşı əl qol hərəkətləri edərək yenidən təhqir edici ifadə işlətməyə davam etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin, CAB-nin polis baş leytenantı Şahid1 Şahid2 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 mart 2023-cü il tarixdən saat 00:35-də inzibati qaydada tutulmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 13 mart 2023-cü il tarixdə, saat 18:30 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində küçədə ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən pozmuşdur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən saat 00:35-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-841/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-841/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver