Məhkəmə qərarları › İş №3(049)-841/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-841/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-841/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də rabitə işlərinin tikintisi üzrə mühəndis işləyən, Gədəbəy rayonu, Kolluq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi,ev 3-də yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXP) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 sentyabr 2024cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. 11 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 avqust 2024-cü il tarixdə saat 05.00-radələrində “VAZ- 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus “X6” **-JE- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirməklə xəsarət almasına səbəb olmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Başd Övlət Yol Polis İdarəsinin 11-ci tağım yol patrul xidməti alatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi 24 sentyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çatdırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi 19 sentyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə və zərərçəkmiş şəxsə çatdırılmasına baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir Məhkəmə iş üzrə tərəfləri məlumatlandırılmış hesab edərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə baxış protokolu, sxemi, fotoşəkilləri, sürücülərin və sərnişinlərin izahatları ilə təsdiqini tapmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Qərarda göstərilmişdir ki, Şəxs 16 avqust 2024-cü il tarixdə saat 05.00radələrində “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Astara rayon istiqamətində hərəkətdə olarkən hərəkət şəraitinə uyğundüzgün araməsafə seçmədiyi üçün qabaqdan eyni istiqamətdə yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 məxsus “X6” **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs və əliyeva Ülvi Urşan oğlu xəsarət almasına səbəb olmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli, 770 nömrəli məhkəmə tibb ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli, 771 nömrəli məhkəmə tibb ekspertiza rəyinə əsasən Ülvi Əliyevin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 16 avqust 2024-cü il tarixli 000614 №-li «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları » na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əsasən X3 hadisə zamanı sərxoş olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 16 avqust 2024-cü il tarixli 000615 №-li «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları » na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əsasən Şəxs hadisə zamanı sərxoş olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 16 avqust 2024-cü il tarixdə saat 05.00-radələrində “VAZ-21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Astara rayon istiqamətində hərəkətdə olarkən hərəkət şəraitinə uyğundüzgün araməsafə seçmədiyi üçün qabaqdan eyni istiqamətdə yolun sağ kənarında dayanmış vəziyyətdə olan X2 məxsus “X6” **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşmuş və nəticədə maddi zərər vurmuş və Zərərçəkmiş şəxs yüngül xəsarət almasına səbəb olmuşdur. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan sürücülük vəsiqəsindən görünür ki, Şəxsn AE ******* saylı sürücülük vəsiqəsi vardır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən, İXMnin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, xüsusilə də hadisənin törədilmə şəraitini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququn məhdudlaşıdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar