Məhkəmə qərarları › İş №3(049)-844/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-844/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-844/2023 16.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxxx 1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran şəhəri, Y.Həsənov küçəsi ev 7də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 16 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon 1 saylı Notariat Ofisi tərəfindən 31 avqust 2021-ci ildə verilmiş icra vqeydinə borclu Şəxs 10200 (on min iki yüz) manat pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs veriməsi qərara alınmışdır. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından xx.xx.2023-cü il tarixdə onun şöbəyə məcburi gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə 2022-ci ilin noyabr ayında 3 (üç) min, 2022-ci ilnin mart ayında 200 (iki yüz) manat ödəniş edilmişdir. Hazırda tələbkar pulunu tam tələb edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunda 3200 (üç min iki yüz) manat ödədiyini, qalan borcunu isə maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin bildirmişdir ki, o, hazırda tələbkara 175 (yüz yetmiş beş) manat məbləğində aliment ödəyir. İşin məhkəmə baxışı zamanı tələbkar Zərərçəkmiş şəxs icra sənədi üzrə borclu tərəfindən ona 3200 (üç min iki yüz) manat ödənildiyini, qalan borc isə borclu tərəfindən ona ödənilməmişdir. O, borcun tam ödənilməsini tələb etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində icra məmuru tərəfindən “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbsinə həvalə edilmişdir və sözügedən qərar əsasında Şəxs xx.xx.2023-cü il tarixdə polis tərəfindən Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, borclunun bu gün üçün borc məbləği 7000 (yeddi min) manat təşkil edir. Bu isə borclunun uzun müddət ərzində icra qeydi ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 16 mart 2023-cü il tarixindən saat 18:10-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar