Məhkəmə qərarları › İş №3(049)-846/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-846/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-846/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 18 mart 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN:OXXKXY6) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 04 sentyabr 2024-cü il tarixli qərarına əsasən vəzifəli şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və X5 rəisi Şəxs Həəsn oğlu idarənin məsləhətçi müfəttişi X1 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən “Xan kababı” restoranında qaztutucu qurğunun quraşdırılması və ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 233.1 və 237.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı toplanmış material üzrə 15 gün ərzində işə baxmalı olduğu halda bunu etməyərək İXM-nin 111.1-ci maddəsinin tələblərini pozmuş, bununla da İXM-nin 596.2-ci maddəsi ilə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və X5 rəisi Şəxs Həəsn oğlu barəsində olan inzibati xəta haqqında material baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və X5 rəisi vəzifəsində işləyir. Barəsində olan inzibati xəta haqqında materialdan xəbərdardır, özünü tam təqsirli bilir. Hazırda rəisi olduğu idarədə hüquqşünas vəzifəsi vakanat olduğuna görə o, özü həmdə hüquqşünasın görməli olduğu işləri görünür və buna görə də bəzən işlərində gecikmələr olur. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə məhkəmə iclasının yeri və vaxtə barədə məlumat 23 sentyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, məhkəmə iclasında nümayəndə iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, inzibati xəta haqqında qərar qəbul etmiş orqanı məhkəmə iclası barədə məlumatladırılmış hesab edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 12 iyun 2024-cü il tarixli 84323 saylı Aktdan görünür ki, Lənkəran şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Xan kababı” restoranında qaztutucu qurğunun quraşdırılması və ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 12 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və X5 məsləhətçi müfəttişi X4 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən “Xan kababı” restoranında qaztutucu qurğunun quraşdırılması və ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı ilə əlaqədar X2 İXM 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinin 600 manat məbləğində cərimə edilmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İXM-nin 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə – vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və X5 rəisi Şəxs Həəsn oğlu tərəfindən X2 İXM-nin 233.1 və 237.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və X5 məsləhətçi müfəttişi X3 topladığı material üzrə 15 gün ərzində işə baxmalı olduğu halda bunu etməyərək İXM-nin 111.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, maddi vəziyyətini, habelə törədilmiş inzibati xətanın xarakterini və barəsində icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 596-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində aşağı həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 55, 114, 115, 128-130 və 596.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar