Məhkəmə qərarları › İş №3(049)-848/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-848/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-848/2025 25.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqan-Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi X2 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, X12 xadimə işləyən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* saylı protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Zərərçəkmiş şəxs ilə Şəxs arasına Nərimanabad qəsəbəsində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən və sağlamlığa zərər verməyən xəsarət yetirmişdir. İnzibati xəta nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Aynur onun qonşusudur və anasının sağlığında onunla münasibətləri yaxşı olub. Zərərçəkmiş bildirib ki, ayın 6-sı səhər çağı su vedrəsi əlində həyətdən gəlirmiş. Bu zaman Baharın onu güddüyünü görüb. Zərərçəkmiş həyətə daxil olan anda Bahar qarşısına çıxaraq əl-qol hərəkətləri ilə “nədi, nə istəyirsən” deyə ona irad bildirib. Zərərçəkmiş Bahara cavab olaraq bildirib ki, heç nə istəmir, Baharın qanunsuz tikinti apardığını, bununla bağlı işi olmadığını, lakin özünün də şəraitinin olmadığını qeyd edib və digər qonşular kimi razılaşmağı təklif edib. Zərərçəkmiş bildirib ki, “Sən arxanı tik, mən də qabağı tikim, özümə şərait yaradım. Bundan sonra Bahar ona əl-qol atmağa başlayıb. Zərərçəkmiş əlindəki vedrəni yerə qoyduğu anda Bahar arxadan onun saçından yapışaraq onu yerə yıxıb və aralarında əlbəyaxa dava baş verib. Daha sonra qonşu və yaxında olan usta hadisəyə müdaxilə edərək tərəfləri ayırıblar. Hadisə zamanı onun huşu gedib. Ayıldıqdan sonra isə 102-yə zəng edərək şikayət edib və X11 çağırıb. Həmin vaxt yuxarıda yaşayan qonşusu hadisəninin şahidi olub. Əlavə olaraq qeyd etdi ki, təhqiqatın qərarından şikayət etsə də, şikayət baxılması üçün yenidən təhqiqatın rəisinə həvalə edilmişdir. O, Həyatı vurmamışdır, əksinə Həyat onu döymüşdür. Sadəcə olaraq Həyat onu yıxarkən ayağı ilişdiyi üçün özü də yerə yıxılmışdır. Həmin vaxt Baharın əynində ağ şalvar, özünü isə əynində ciyəri rəngdə xalat var idi. Təqsirləndirilən şəxsin cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi bildirdi ki, Təhqiqat Bölməsinin qərarından narazı olduğu üçün prokurorluğa şikayət etmiş və prokurorluğun qərarı ilə iş yenidən təhqiqata göndərilmişdir. Lakin prokurorluğun qərarı rəsmi şəkildə onun ünvanına göndərilmədiyi üçün həmin qərardan şikayət vermək imkanı olmamışdır. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Liman PB-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 4 aya yaxındır ki, həmin ərazidə sahə rəisi vəzifəsində işləyir. Bu ailələr arasında münaqişə uzun zamandır davam edir və material onun icraatına daxil olduqdan sonra hazırda zərərçəkmişin nümayəndəsi olan Cavid Quliyevi izahat almaq və inzibati materiallarla tanış etmək üçün bölməyə dəvət etmişdir. Materialla tanış olarkən Cavid Quliyev prokurorluğun qərarının ona göndərilmədiyini, ümumiyyətlə qərarla razılaşmadığını və həmin qərardan şikayət vermək istədiyini bildirmiş, o isə Cavidə qərarın şəklini çəkməyi təklif edərək qərardan istədiyi orqana şikayət etmək hüququnun olduğunu izah etmişdir. Sonradan vətəndaş qərardan müvafiq orqana şikayət etsə də, nəticəsi barədə heç bir məlumat əldə olunmamışdır. Veriləcək inzibati tənbeh növünün müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək qeyd etdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir həmin yeri ona 500 manata satmağı tələb edir. Həmin gün səhər tezdən ağ şalvar və ağ köynək geyimində qonşu binada yaşayan usta Elnuru səsləyib və ondan birlikdə tikinti materialı almağa getməsini xahiş edib. Həmin vaxt o, Məryəmi əlində nəcis dolu vedrə ilə görmüş və Məryəmin ondan qaçıb gizləndiyini müşahidə etmişdir. Elnur isə bildirib ki, onunla ünsiyyətdə olması Məryəmin narazılığına səbəb olur. Daha sonra Məryəmlə həyətdə üz-üzə gəldikdə, Məryəm ondan usta işlədəcəyini soruşmuş, o isə usta işlədəcəyini təsdiq edərək ondan bu xəbəri hardan öyrəndiyini soruşmuşdur. Bu zaman Məryəm onu güddüyünü bildirmişdir. O, Məryəmin onu niyə güddüyünü soruşduqda, Məryəm ona əcəb etdiyini, torpağı ona satmağa razılaşana qədər ondan əl çəkməyəcəyini, lazım gələrsə pul ilə onu həbsə basdıracağını, özünün əvvəlki Məryəm olmadığını deyərək hədələmişdir. Bundan sonra Məryəm əlindəki vedrədə olan nəcisi onun üzərinə tökmüş, nəticədə onun ağ paltarı sidik və nəcis ilə çirklənmişdir. Ardınca Məryəm onu itələmiş, o, çəpərə dəyərək qolundan xəsarət almışdır. Daha sonra Məryəm ona hücum edərək saçından dartmışdır. O, özünü müdafiə etməyə çalışarkən hər iki tərəf yerə yıxılmışdır. Həmin an usta Elnur və qonşu Sevil onları ayırmışdır. Lakin hazırda şahid çağırmalı olduğunu bilmədiyi üçün qonşusu Sevili şahid kimi məhkəməyə çağırmamışdır. Elnur isə Bakı şəhərində işlədiyi üçün onun məhkəməyə gəlməsi mümkün deyildir. Məhkəmədən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 bildirdi ki, zərərçəkən Zərərçəkmiş şəxs onunla qapı bir qonşusudur və münasibətləri yaxşıdır, Baharı da tanıyır, lakin onunla danışmır. Həmin gün səhər saat təxminən 9-radələrində bayırda səs eşitdiyi üçün pəncərədən həyət baxıb və görüb ki, Bahar Məryəmlə əl-qol ölçə-ölçə danışırmış. Həmin vaxt Məryəm əlindəki vedrəni yerə qoyanda Baharın Məryəmin saçlarına əl atdığını görüb. O, tələsik evdən bayıra çıxıb mübahisə olan tərəfə gedib və həmin yerə çatanda görüb ki, Məryəmin huşu gedib və bir oğlan ona kömək edir. Verilən suallara cavab olaraq bildirdi ki, hadisənin baş verdiyi yer onun pəncərəsindən aydın görünür və səs rahat eşidilirdi. Həmin vaxt Məryəmin və Baharın əynində hansı paltarın olduğunu xatırlamır. Tədqiq edilmiş inzibati materiallar: İş materiallarında olan 10 iyul 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-1819 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin Liman şəhər PB-nə göndərilməsi qərara alınmışdır. Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs qıznın DİN X9 sistemində hazırki günə kimi əlilliyinin olub-olmaması barədə məlumat yoxdur. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs qız barəsində Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır Məhkəmə hesab edir ki, Şəxs bu xətanı törətməsində təqsiri özünün, zərərçəkmiş şəxsin və şahid izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar