Məhkəmə qərarları › İş №3(049)-850/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-850/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-850/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran ŞRPŞ-dən məhkəməyə daxil olmuş materiallardan məlum olur ki, Şəxs 18 mart 2023-cü il tarixdə idarə etdiyi “Vaz 2105” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozduğuna görə saxlanılmışdır. Sonra da sərxoşluq vəziyyəti İlə əlaqədar tibbi müayinəyə dəvət olunarkən imtina etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Lənkəran rayon YPX-nin inspektoru X3 tərəfindən 18 mart 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 18 mart 2022-ci il tarixdə “Vaz 2105” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxladıqdan sonra sərxoşluq vəziyyəti ilə əlaqədar tibbi müayinəyə dəvət etmişlər. O, həmin müayinədən keçməkdən imtina etmişdir. Çünki müayinənin obyektiv keçiriləcəyinə inanmamışdır. Belə ki, bir neçə il bundan əvvəl də sərxoş olmadığı halda onu müayinəyə gətirmişlər və müayinə nəticəsində onun sərxoş olduğunu bildirmişlər. O, müayinə olunmaqdan imtina etdiyi üçün barəsində protokol tərtib edilmişdir. Təxminən 45 dəqiqə sonra özü könüllü olaraq, polisdlərin iştirakı olmadan müayinə olunmuş və nəticədə 0 faiz alkoqol təsbit edilmişdir. Özünü təqsirli bilmədiyi üçün barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirdi ki, Şəxs onun qonşusudur və taksi fəaliyyəti ilə məşğul olur. Həmin gün öz maşını servisdə olduğu üçün Təbrizdən onu ehtiyyat hissələri almaq üçün maşınla aparmasını xahiş etmişdir. Maşın sürərkən Təbrizdən alkoqol və ya narkotik iyi hiss olunmamış və o, maşını normal idarə etmişdir. YPX əməkdaşları maşını saxladıqdan sonra Təbriz öz maşınından düşüb YPX əməkdaşlarının xidməti maşınına minərək getmiş, Təbrizin maşını isə polislər cərimə meydançasına aparılmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasının həkimi X2 bildirdi ki, həmin gün Şəxs YPX əməkdaşları tərəfindən xəstəxanaya gətirilsə də, sonuncu analiz verməkdən imtina etmişdir. Təxminən bir saatdan sonra ikinci dəfə analiz verməyə gəlmiş, qeyri rəsmi olaraq alkotestrlə yoxlanılmış, yoxlama nəticəsində Təbrizin spirtli işki qəbul etdmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokolla, şahid ifadələi və digər rəsmi sənədlərlə tam sübuta yetirildi. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 000685 saylı aktdan görünür ki, həmin gün Şəxs tibbi müayinə olunmaqdan imtina etmişdir. İş materiallarında olan arayışdan məlum olur ki, Şəxs İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törətməmişdir. Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, qeyd olunan maddənin tələblərinə görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə gətirilmiş nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən keçməlidir. Onun həmin müayinədən keçməkdən imtinaya görə inzibati məsuliyyət nəzərdə tutulur. Şəxs həmin müayinədən keçməkdən imtinasını, yoxlamanın nəticələrinə inanması ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, bu hal müayinədən keçməkdən imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmişdir “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” QAYDALARİNİN 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Qeyd olunan Qaydaların 3.6-cı maddəsinə əsasən Şəxs müayindən keçməkdən imtina etməməli idi. O, həmin müayinədən keçərək onun nəticəsi ilə razı olmadığı halda təkrar tibbi müayinənin keçirilməsi barədə həmin tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim etməli idi. Tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkimnarkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul ediərək onu təkrar tibbi müayinədən keçirəcəkdi. Göründüyü kimi, bunları etməməklə və tibbi müayinədən keçməkdən imtina etməklə o, inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına, inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-in 343.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109-118-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar