Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-851/2023 19.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən 17 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 17 mart 2023-cü il tarixdə saat 14:36-da ünvan 1 ünvanında qeydiyyatda olan Lənkəran rayonu, Bakı-Ələt-Astara yolu üzərində fəaliyyt göstərən “AvtoMSK” ehtiyat hissələri obyektinin fərdi sahibkarı X8 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir və bunun nəticəsində X8 tərəfindən AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iş materiallarında olan protokola əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 000074 nömrəli 06 mart 2023-cü il tarixli “yazılı göstəriş” ona təqdim edilməmişdir. Belə ki, həmin sənəd ona poçt vasitəsilə çatdırılmamışdır və o, həmin yazılı göstərişi alması ilə əlaqədar heç bir qəbz və ya digər sənədi imzalamamışdır. Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarı ilə o, sözügedən reklama görə AR İXM-nin 428.7.1 maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan sonra o, həmin reklam lövhəsinin rəsmiləşdirilməsi ilə əlaqədar tədbir görməyə başlamışdır və 11 aprel 2023-cü il tarixdə X9 İdarəsindən rəsmi icazə alaraq, sözügedən reklam lövhəsini rəsmiləşdirmişdir. Lazım olan bütün rəsmi ödənişləri də ödəmişdir. 06 mart 2023-cü il tarixli 000074 nömrəli göstəriş barədə heç bir məlumatı olmamışdır və bu səbəbdən də hazırki iş üzrə məsuliyyət daşımır. Barəsində tərtib edilmiş hazırki inzibati xəta işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X5 işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, X9 İdarəsi tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli 000074 nömrəli bildiriş rəsmi olaraq poçt vasitəsilə X6 çatdırılmışdır. X4 AR İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000074 nömrəli Aktdan görünür ki, Bakı-Astara şossesinin Lənkəran rayonunun Digah kəndi ərazisində “AvtoMSK ehtiyat hissələri” reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000074 nömrəli Göstərişdən görünür ki, Bakı-Astara şossesinin Lənkəran rayonunun Digah kəndi ərazisində “AvtoMSK ehtiyat hissələri” reklamın yayımının dərhal dayandırılması tələb edilmişdir. X9 İdarəsi tərəfindən göndərilən göndərişin xx.xx.2023-cü il tarixdə saat 10:08-də X6 çatdırılması barədə iş materiallarına teleqram əlavə edilmişdir. Lakin məhkəmə iclasında X8 tərəfindən X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000074 nömrəli Göstərişin ona çatdırılmadığı və bu barədə məlumatı olmadığı bildirilmişdir. Sözügedən göstərişin şəxsən X8 tərəfindən qəbul edilməsini təsdiqləyən qəbz və ya buna dair E.N.Məmmədovun imzası ilə təsdiqlənmiş hər hansı digər sənər iş materiallarına əlavə edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* saylı protokola əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 428.7.3-cü maddəsi bu məzmundadır: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən X4 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən X4 MMC-nin AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000074 nömrəli X1 çatdırıldığı iş üzrə sübut edilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-851/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-851/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver